Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda “Gənclər siyasətinin Azərbaycan modeli” adlı beynəlxalq konfrans

Konfrans iki gün davam edəcək.

Yenixeber.org: Bu gün Bakıda Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi tərəfindən təşkil olunan "Gənclər siyasətinin Azərbaycan modeli" adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransa Bolqarıstan, Rumıniya, Macarıstan, Türkiyə, Ukrayna, Belarusiya, Rusiya və Gürcüstandandan olan iştirakçılar qatılıb.

Məlumat verilib ki, konfransı keçirməkdə əsas məqsəd son illərdə Azərbaycanda gənclər siyasətinin inkişafında əldə olunan nəaliyyətlərin müzakirəsi və beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

Konfransın qarşıya qoyduğu əsas hədəf Azərbaycanda gənclər sitasəti və gənclər işində baş verən yenilikləri eləcə də bu sahədə mütəəqqi islahatları və yeni qəbul edilən Azərbaycan gəncliyi dövlət proqramını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ağacan Abıyev Azərbaycanda aparılan gənclər siyasəti ilə bağlı iştirakçılara məlumat verib. Bildirib ki, ölkədə gənclərin inkişafına daima dəstək verilir, onlara diqqət və qayğı göstərilir.

Konfrans iki gün davam edəcək.

Qeyd edək ki, konfrans çərçivəsində yerli və beynəlxalq tərəfdaşları bir araya gətirərək qrup işləri və müzakirələr vasitəsilə Azərbaycan və Avropa proqramları arasında mübadilə və iştirakı genişləndirməyə yönələn müzakirələr aparılacaq. Konfrans zamanı təqdimatlar vasitəsilə iştirakçılar beynəlxalq proqramda iştirak, Azərbaycanda gənclər işi və gənclər siyasəti tərəfdaş ölkələrlə ortaq layihələrin icrası məsələsi müzakirə olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam