Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Nar+” tətbiqindən istifadə edənlərin sayı 100 mini ötüb

 

 

“Nar+” tətbiqindən istifadə edənlərin sayı 100 mini ötüb.

Yenixeber.org: Təqdim etdiyi telekommunikasiya xidmətlərini hər zaman müştərilərin ehtiyaclarını nəzərə alaraq formalaşdıran “Nar”, artıq 5 aydır ki, “Nar+” tətbiqini abunəçilərinin istifadəsinə verib. Hesaba rəqəmsal nəzarət imkanı verən bu tətbiq artıq “Nar” abunəçilərinin şəffaf müştəri təcrübəsinin ayrılmaz bir hissəsinə çevrilib. Belə ki, bu qısa müddət ərzində tətbiqdən qeydiyyatdan keçənlərin sayı 100.000-i ötüb.

Abunəçilər “Nar+” vasitəsilə bir neçə saniyə ərzində özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilirlər. Tətbiqlə sərfiyyat haqqında izahlı qaiməni də şəffaf şəkildə əldə etmək mümkündür. Tətbiqin daha bir unikal xüsusiyyəti eyni anda vahid platforma üzərindən 5-dək hesaba nəzarət etmə imkanı verməsidir. Belə ki, əgər bir neçə şəxsi "Nar" nömrə istifadə edirsinizsə və ya yaxınlarınızın hesabında əməliyyat aparmaq lazımdırsa, tətbiqdən çıxmadan bir kliklə bir hesabdan digərinə keçid edə bilərsiniz. Qeyd edək ki, “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləyə bilərsiniz. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam