Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

SOCAR-ın nəzdindəki “Ustay” şirkətinin işçiləri ETİRAZA QALXDI – İşdən vaxtından əvvəl çıxarılan fəhlələr onlara təzminat verilməməsindən narazıdır-VIDEO

 


SOCAR-ın nəzdindəki “Ustay” şirkətinin işçiləri ETİRAZA QALXDI – İşdən vaxtından əvvəl çıxarılan fəhlələr onlara təzminat verilməməsindən narazıdır / VIDEO

SOCAR-ın nəzdində olan “Ustay” şirkətinin fəhlələri səhər saatlarından etiraza başlayıb.

Yenixeber.org: Bu barədə redaksiyamıza etiraz edən fəhlələrdən biri tərəfindən məlumat verilib.

Məlumata görə, “Ustay” şirkətinə qardaş Türkiyədən olan iş adamları rəhbərlik edir.

Fəhlələrin etiraz etməsinə səbəb müqavilə vaxtı bitməzdən əvvəl işdən çıxarıldıqlarına rəğmən, onlara təzminat verilməməsidir. Hansı ki, müqavilədə göstəriliri ki, vaxtından əvvəl işdən çıxarılan fəhlələrə maaşlarının 1,3-ü həcmində təzminat verilməlidir.

Lakin şirkətin rəhbərliyi onlarla fəhləni işdən çıxarsa da, onlara heç bir təzminat verməyib. Bu baxımdan, fəhlələr etiraz etməyə məcbur olub.(hurriyyet.org)

P.S. Son dəqiqələrdə əldə etdiyimiz məlumata əsasən, “Ustay” şirkətinin rəhbərliyi fəhlələrin etirazı qarşısında qanunun tələbələrinə əməl etməyə məcbur olub. Belə ki, işdən çıxarılan fəhlələrin hər birinə təzminat ödəniləcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam