Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

MTRŞ-dan - Çingiz Mustafayevin adını daşıyan tezliklə bağlı qərar

MTRŞ-dan Çingiz Mustafayevin adını daşıyan tezliklə bağlı qərar –Ləğv olundu

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

Yenixeber.org: Bu barədə MTRŞ-dan məlumat verilib.

Bildirilib ki, iclasda Şura tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək elan edilmiş müsabiqənin nəticələri müzakirə olunub.

Müsabiqədə iştirak etmək üçün 5 hüquqi şəxs sənədlərini Şuraya təqdim edib: “Real Təhlil İnformasiya Mərkəzi” MMC; “TV-Media Azerbaijan” MMC; “Balans Studiyası” MMC; “İNS ÇM” MMC; “OMD Azerbaijan” MMC.

Üç iddiaçı - “TV-Media Azerbaijan” MMC, “OMD Azerbaijan” MMC və “Real Təhlil İnformasiya Mərkəzi” MMC sonradan müsabiqədə iştirak etməkdən imtina edib. Bu səbəbdən, Milli Televiziya və Radio Şurasının “Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları”nın 2.1.8.-ci bəndinə (Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər) əsasən Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul edib.

Xatırladaq ki, bir müddət öncə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın 102 FM tezliyi müsabiqəyə çıxarılmışdı. Bu barədə fəaliyyətini dayandırmış ANS-in keçmiş prezidenti Vahid Mustafayev məlumat vermişdi. O bildirib ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edib. Bu tezliyi almaq üçün Real TV-nin rəhbəri Mirşahin Ağayev də müraciət etmişdi.

Yaradıcı ziyalıların nümayəndələri, məşhur elm adamları, yazıçılar, jurnalistlər, bəstəkarlar, tanınmış ictimai xadimlər Milli Qəhrəmanın adını daşıyan radiostansiyanın taleyindən narahatlıqlarını ifadə etmişdilər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam