Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Qanunvericilikdə əlilliyi olan şəxslərlə bağlı- yeni tələblər

Qanunvericilikdə əlilliyi olan şəxslərlə bağlı yeni tələblər
Nazirlər Kabineti “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərar qəbul edib.
Yenixeber.org: Qərarla “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifinə əsasən 11-ci hissə olaraq “İnternet informasiya ehtiyatlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinə dair tələblər” əlavə olunub. Həmin hissədə bildirilir ki, əlilliyi olan şəxslərin informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi məqsədilə internet informasiya ehtiyatının müyəssərliyi “WCAG (Web Content Accessibility Guideline) 2.1” (Veb Məzmunun Müyəssərliyinə dair Təlimat) beynəlxalq standartına uyğun təmin edilməlidir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, internet informasiya ehtiyatının müyəssərliyi bir sıra tələblərə uyğun olmalıdır: mətn olmayan kontent üçün mətn alternativləri, audio və videokontentlər üçün transkript, altyazılar, böyük şriftlərdən istifadə, şrift seçimi imkanları, rənglərin idarə olunması və simvollararası məsafə; zamanın tənzimlənməsi funksiyasının yaradılması, kontenti oxumaq və istifadə etmək üçün istifadəçilərə kifayət qədər vaxt verilməsi, proseslərin klaviaturadan idarə olunması mümkünlüyü, animasiyalı şəkillərin deaktiv edilməsi funksiyasının icra olunması, kontentin aydın və ardıcıl olması təmin edilməlidir; oxunaqlı və başa düşülən dildən (üslubdan) istifadə olunmalıdır; kontentin cari və sonradan yaradılan müxtəlif istifadəçi veb-brauzerlər və yardımçı texnologiyalar ilə tam uyğunluğu təmin edilməlidir.

Qərarda tapşırılır ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər dövlət orqanlarının internet informasiya ehtiyatlarının müyəssərliyinə dair tələblərdən irəli gələn vəzifələrin 2020-ci il iyunun 1-dək icra edilməsini təmin etsinlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam