Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Cavid Qurbanov mənə etimad göstərib-“Sizi tərbiyə edəcəm”

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin 3 saylı Ələt Yol sahəsinə Fəzail Hüseynovun rəis təyin edilməsi az müddət keçməsinə baxmayaraq dəmiryolçular arasında ajiotaj yaradıb.

Yenixeber.org: Belə ki, 3 Saylı Ələt Yol sahəsindən redaksiyamıza verilən məlumata görə, Fazil Hüseynov yeni vəzifəsinə başlar-başlamaz yol ustalarını, idarə heyətini öz təsir dairəsində saxlamağa üstünlük verib. Belə ki,o, tabeçiliyindəki işçilərlə “sizi tərbiyələndirəcəm”, “sizi əxlaqlandıracam”, “mən deyən olmalıdır”, “Cavid Qurbanov mənə etimad gösərib” kimi danışmağa başlayıb. Bir sözlə, 3 Saylı Ələt Yol sahəsinin yeni rəisinin fikirlərindən belə anlaşılıb ki, onun rəhbərliyinə qədər orada yol sahəsində çalışanlar tərbiyəsiz olublar ki, Cavid Qurbanov da Fəzail Hüseynova ona görə etimad göstərib ki, belə “problem”lərin aradan qaldırılmasını təmin etsin.

Yol ustalarını, idarə işçilərində ilk gündən narazılıq yaradan Fəzail Hüseynovun iclasa gecikən 62 yaşlı müavininə qarşı münasibəti də fərqli olub. Belə ki, o, müavinini iclasa gecikdiyinə görə ayağa qaldırıb,otuzdurub. Daha sonra onun çölə çıxmasını,jurnala edəcəyi qeydləri otaqdan kənarda  etməyi əmr edib. Təxminən, iki həftəyə yaxın  müddətində idarəyə rəis təyin olunan Fəzail Hüseynovun sərt anlaşılmaz mövqeyi səbəbindən yol fəhlələrindən birinin üzərinə təcili yardım maşını da gəlib.

Uzaq yol qətt edib 09:00-da işə gələn, saat 18:00-da işini bitirən işçilər artıq yeni rəisin tələbinə əsasən 08:00-da işdə olmalı, 17:00-da işdən azad olmalıdırlar.

Nəzərə alanda ki, əksər yol sahəsinin ustaları, idarə işçiləri uzaq məsafədə yaşayır, onların vəziyyətini təsəvvür etmək elə də çətin deyil.

Cavid Qurbanovun İnfrastruktur Departamentin 3 Saylı Ələt Yol Sahəsinə təyin etdiyi rəisin “istəkləri” bununla da yekunlaşmayıb. Məsələn o, hesab edir ki, ona verilməli olan gündəlik məlumat səhər saat 08:00-dan gec olmayaraq verilməlidir. Bu isə yol sahəsi ustalarını, idarə içşilərini olduqca çətin duruma salır, narazılıq yaradır. Amma hansısa səbəbdən Fəzail Hüseynov Şirvan şəhərindən gündəlik işə gələn  60 nəfər işçinin bir neçə saat işə gecikmələrinə bir söz demir.

Redaksiyamıza verilən məlumatda o da bildirilir ki, Fəzail Hüseynov idarəetməni qışqırmaqla, işçilərin üzərində xof yaratmaqda bilib, onların barmaqlarını qıracağını dillərini kəsəcəyini deyir. Hətta bir az irəli gedərək , bütün qəbildən olan işçilərə boşqab, çəngəl, stəkan və digər məişət əşyalarını idarədə saxlamamalarını, gündəlik özləri ilə aparıb-gətirmələrini əmr edir,ənənəni pozur.Həmçinin, ilin sonu olmasına baxmayaraq, idarə heyyətinin “Azərbaycan Dəmir Yolları”QSC-yə gedib hesabatlarını verməyə maneələr yaradır.

“Arxamda durublar” – deyərək, kollektiv üzərində təsir dairəsini genişləndirəcəyini düşünən yeni rəis bir neçə imkansız işçini işdən çıxarmağı da düşünür. Belə ki, oğlu rəhmətə gedən, gəlini işləməyən, öhdəsində oğlunun 2 azyaşlı övladı olan xadimə Esmira Həsənova, həmçinin bir müddət əvvəl ölkə miqyasında işsizlərin sayının azaldılması məqsədilə tədbirlər planına uyğun olaraq  3 Saylı Ələt Yol Sahəsində özünə iş tapan, tələbə Nəcəfova Adilə də işdən çıxarıla bilər.

Məsələyə münasibət bildirən Fəzail Hüseynov haqqında deyilənlərin yanlış olduğunu,əvvəllər 3 saylı Ələt Yol sahəsində 09:00-da başlayıb,saat 18:00-da bitən iş saatının isə,hazırda 08:00-da başlayıb,17:00-da bitməsini özü  tətbiq etdiyini bildirdi.

Onu da qeyd edək ki, Fəzail Hüseynov uzun illər 3 Saylı Ələt Yol Sahəsində fəhlə işləyib.İllər sonra adı saxta diplom satmaqda məşhur olan  “Təfəkkür” Universitetinin məzunu olub, oranı bitirib.(faktinfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam