Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

DİQQƏT: “Pulsuz Məşhəd ziyarəti”nin arxasında başqa “oyun” varmış…

 

DİQQƏT: “Pulsuz Məşhəd ziyarəti”nin arxasında başqa “oyun” varmış…
"Ehsan adı ilə ziyarət təklif etdilər, ancaq ora çatanda gördük ki, bizdən başqa məqsədlər üçün istifadə etməyə çalışırlar”

Yenixeber.org: Bir neçə gündür ki, "WhatsApp” qruplarında pulsuz Məşhəd ziyarəti ilə bağlı elanlar paylaşılır. Qeyd olunur ki, "Müştəba” tur şirkəti tərəfindən 5 avtobus zəvvar heç bir ödəniş etmədən, İmam Rzanın məzarını ziyarət etmək məqsədilə İranın Məşhəd şəhərinə aparılacaq. Elanda o da qeyd olunur ki, bu ziyarət Məşhəd ziyarətinə getmək istəyən, ancaq maddi imkanı olmayan şəxslərə ehsan olunur.

Elan yayılandan sonra Məşhəd ziyarəti arzusunu gerçəkləşdirmək istəyən şəxslər elanda verilmiş nömrələrlə əlaqə saxlayıblar və onlara deyilən sənədləri yığaraq üz tutublar tur şirkətinin "Nizami” metrostansiyasının yaxınlığında yerləşən ofisinə. Ancaq ora çatanda elə şərtlə üzləşiblər ki, necə deyərlər, suları süzülə-süzülə geri qayıtmağa məcbur olublar.

AYNA-ya müraciət edən həmin şəxslərin iddia etdiklərinə görə, onlara şirkət tərəfindən bildirilib ki, Məşhəddən qayıdarkən onlara veriləcək yükü sərhəddən keçirməlidirlər: "”Müştəba” şirkətinin Məşhəd şəhərinə 5 avtobus adamı pulsuz apardığı barədə məlumat aldıq. Elanda qeyd olunmuş nömrəyə zəng etdik, şirkətlə danışdıq, gördük ki, elan həqiqətdir. Bütün dost-tanışa, hətta rayonlarda yaşayan qohumlara belə, xəbər etdik ki, belə bir imkan var”.
 
"Biləsuvardan, Lənkərandan getmək istəyən qohumlar gəldilər, getdik ki, qeydiyyatdan keçək, ancaq qarşımıza şərt qoydular. Dedilər ki, geri qayıdan vaxt hərəmizə bir çanta veriləcək, içində nə olduğunu soruşmadan, içinə baxmadan həmin çantanı sərhəddən Azərbaycana keçirməliyik. Çantada nə olduğunu soruşanda isə bildirdilər ki, "onun sizə dəxli yoxdur”. Gözləmədiyimiz bu şərtlə qarşılaşanda isə çox pərt olduq, təbii ki, təkliflə razılaşmayıb geri qayıtdıq”, – şikayətçilər bildiriblər.

Onlar qeyd ediblər ki, ehsan adı ilə ziyarət təklif aldıqdan və şirkətin ünvanına çatanda görüblər ki, ortada başqa məqsədlər var: "Bizdən hansısa məqsədlər üçün istifadə etməyə çalışdıqlarını anladıq. Əgər belə çirkin plan qurublarsa, heç olmazsa, din adından istifadə etməsinlər. Desinlər ki, "İrana pusluz turist səfəri təşkil edirik, qayıdanda da bu tələbimizi yerinə yetirin”. "Müştəba” tur şirkətinin bu əməli həm dinimizə kölgə salır, həm də insanlara olan inamımızı itirir”.

İddialara aydınlıq gətirmək üçün adı hallanan tur şirkəti ilə əlaqə saxladıq. Telefonda özünü Hacı İntiqam kimi təqdim edən şirkətin nümayəndəsi, AYNA-ya açıqlamasında əvvəlcə ittihamları qəbul etmədi. Ancaq əlimizdə konkret faktlar olduğunu bildirdikdən sonra məsələyə aydınlıq gətirməyə məcbur oldu.

"Həmin zəvvarlara başqa zəvvarların da Məşhəd ziyarətinə pulsuz getməsinə səbəb olmaları üçün belə bir təklif etdik. Yəni zəvvar Azərbaycana qayıdanbaş ona veriləcək çantanı Azərbaycana keçirməklə başqa bir zəvvarın da pulsuz Məşhədə getməsini təmin edəcək. Ancaq gördük ki, zəvvarlar təklifimizdən şübhəyə düşdülər, narazılıqlar yarandı, ona görə də bu təklifimizi geri götürdük”, – o bildirdi.

"Bundan sonra Məşhəd ziyarətinə pulsuz aparacağımız zəvvarlara, birmənalı olaraq, gedəndə də, gələndə də heç bir yük verilməyəcək. Ziyarətə getmək istəyən şəxslər tərəddüd etmədən müraciət edə bilərlər”, – deyə şirkət nümayəndəsi vurğuladı.

Aldığımız cavabdan belə anlaşıldı ki, şirkət, guya bu təklifi xeyriyyəçilik məqsədi ilə edirmiş. Ancaq bildiyimiz qədər, xeyriyyə işləri təmənnasız, yəni heç bir qarşılıq gözləmədən həyata keçirilir. Və yəqin ki, "Müştəba” tur şirkətinin işçiləri bunu bizdən yaxşı anlayırlar, ona görə də bu barədə onlara nəsə deməyə ehtiyac duymuruq. Sadəcə vətəndaşlara belə elanlarla qarşılaşarkən diqqətli olmağı tövsiyə edirik.turkustan.info


Müəllif: Rumiyyə Miraslan

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam