Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıda müəlliməni döyən müəllimin direktorundan açıqlama

 

Bakıda təqaüdçü qadın müəlliməni döyən müəllimin direktoru baş vermiş hadisəyə aydınlıq gətirib.

"Xeberinfo.com":  Məlumata görə, direktor Əli Əliyev milli.az-a açıqlamasında bildirib ki, baş vermiş hadisə sırf ailədaxili problemdir. Onun sözlərinə görə, döyülən qadın Yaşar Quliyevin böyük qardaşının qayınanasıdır: “Hadisə məktəbdə olmayıb. Dörd il əvvəl boşanıblar və ondan sonra torpaq mübahisələri yaranıb. Sonra döyülən qadının bir qızı ölüb və elə o vaxtdan da məsələ böyüyüb. Hadisə də avqust ayında olub, niyə bu qadın məsələni indi şişirdib, bu maraqlıdır. İş məhkəmədə və son sözü də qanun deyəcək”.

Ə.Əliyev hazırda işi məhkəmədə olan tarix müəllimi Y.Quliyevdən də danışıb: “Yaşar məktəbimizin savadlı müəllimidir. Ali məktəbi fərqlənmə ilə bitirib. Mənimlə yan-yana dayansa, adam döyənə mən oxşayaram, Yaşar yox”.

****

Paytaxtda kişi müəllim xanım həmkarını ölümcül döyüb.

Suraxanı rayonundakı orta məktəbin müəllimi tərəfindən döyülən 69 yaşlı xanım Müəllimə Yusifova milli.az-a müraciət edib: “45 il müəllim işləmişəm. Məni döyərək, burnumu sındırıb tanınmaz hala salan 33 yaşlı Quliyev Yaşar Ağa oğludur. Quliyev Yaşar Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 154 saylı orta məktəbdə tarix müəllimi işləyir. Xəsarətdən sonra səhhətimdə ciddi xəstəliklər yaranıb. Sizcə, ahıl yaşlı qadına qarşı bu cür cinayət edən Quliyev Yaşar Ağa oğlu müəllim kimi fəaliyyət göstərib, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul ola bilərmi? Məncə, təhsil işçiləri sırasında bu cür şəxsin fəaliyyət göstərməsi onun dərs dediyi uşaqlar üçün də təhlükəlidir”.

“Hazırda hadisə ilə bağlı cinayət işinə Suraxanı Rayon Məhkəməsində Gülsarə İmanovanın hakimliyi ilə baxılır. Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə başlanan cinayət işi sonradan dəyişdirilərək 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) ilə sona çatdırılıb. Xahiş edirəm, məsələ ilə bağlı jurnalist araşdırması aparasınız. Məsələni ictimailəşdirməkdə məqsədim cinayətkarın ədalətli cəza almasıdır”, - deyə şikayətçi vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam