Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Məktəbdə qadınlar əlbəyaxa oldu

Bakıda məktəbdə qadınlar əlbəyaxa oldu - Direktordan açıqlama

 

 

Səbail rayonu, 51 saylı orta məktəbdə valideynlə məktəbin qadın nəzarətçisi arasında əlbəyaxa dava baş verib.
Xeberinfo.com:   Femida.az xəbər verir ki, dava nəticəsində hər iki qadın xəsarət alıb.
51 saylı orta məktəbin direktoru Lətafət Səmədova məsələ ilə bağlı AzNews.az-a açıqlama verib. O, bildirib ki, baş verən dava ilə bağlı hazırda hüquq-mühafizə orqanlarında araşdırma aparılır: "Məktəbin içərisində iki qaçqın məktəbi və bir idman məktəbi yerləşir. O hadisə bizim ikinci korpusda baş verib. Səhər-səhər Zəngilan 10 saylı məktəbinin birinci sinif şagirdinin anası Ağamaliyeva Ramilə uşağı dərsə gec gətirib və qapının ağzında dayanıb. Bu zaman həmin məktəbin riyaziyyat müəlliməsi Mətanət Məmmədova içəri keçmək istəyəndə bu xanım ona yol verməyib. Söhbətə qarışan nəzarətçi üzünü valideynə tutub deyib ki, "ay xanım o, məktəbin müəlliməsidir, sən onunla necə danışırsan? ” Nəzarətçinin bu sözlərindən qeyzlənən valideyn onun üstünə hücum çəkərək üz-gözünü cırıb”.
Direktor bildirib ki, hadisəni eşidən kimi həmin korpusa gedib, hadisəni aktlaşdırıb: "Nəzarətçi polisə gedib şikayət etmək istəyəndə görüb ki, valideyn də ordadadır, şikayət edir”. 
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib. Döyülən xanımlardan biri Ağamalıyeva Ramella hadisəni belə şərh edib: "Bu gün səhər qızımı məktəbə aparırdım. Qızım Ayan 51 saylı orta məktəbin binasında yerləşən 10 saylı Zəngilən məktəbində 1-ci sinfə gedir. Səhər dərsə gətirəndə məktəbin qapısında dayanan nəzarətçi qadın uşağı itələdi ki, tez keçsin. Həmin vaxt uşağın başı qapıya dəydi. Özü də qapı ilə divarın arasında sıxılıb qaldı. Bu, mənim acığıma gəldi.Qadına etiraz edəndə mənə hücum çəkdi. Bunu bütün valideynlər də gördü. Uşağım qorxudan ağlayırdı. Bir ana kimi buna necə dözərdim? Ona görə də əlbəyaxa davamız oldu. Hadisə ilə bağlı artıq polisə müraciət etmişəm. Özümə də xəsarətlər yetirib”.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam