Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cəlilabadda “YEZİD İBNİ MUAVİYYƏ” ləqəbli məmur-SƏRXOŞ SƏİDOV

Cəlilabadda “YEZİD İBNİ MUAVİYYƏ” ləqəbli məmur kimdir?

 

Bir neçə ay bundan öncə Cəlilabad Su-kanal idarəsinə rəis təyin olunan arzuolunmaz və yarıtmaz məmur obrazını özündə cəmləşdirən SƏRXOŞ SƏİDOVUN qanunsuz əməlləri Biləsuvar rayonundan başlayaraq bu gün də Cəlilabad rayonunda davam edir.

Yenixeber.org: Sanki Cəlilabad Su-kanal idarəsinə Müaviyyə oğlu “YEZİD”rəhbərlik edir. Dəhşət odur ki,Rayon sakinləri içməli suya həsrət qalıb. Verilən içməli su da sanitar qayda və normalara cavab vermir. Rayonun əksər kuçələrində hec bir evə su xətti belə yoxdur. Rayonda “Müəllimlər binasi”kimi taninan 4-5 binalar var ki,ora umumiyyətlə su verilmir. Əhali susuz yaşayır…

Rayon əhalisinə içməli suyun verilməməsinin bir səbəbi də Yezid ləqəbli Sərxoş Səidovun biznesidir. Belə ki,bu tip əhaliyə verilən içməli suyu özəl şirkətlərə satır. Su ticarətilə məşğul olub oğurluq edən Sərxoş Səidov əhali üçün lazim olan suyu parniklərə,fabrik və müəssisələrə satır.Xususilə suya təlabatın çox olduğu mövsumlərdə idarə rəisi böyük qazanc əldə edir. Beləliklə, Sərxoş Səidov əhalinin suyunun satdiği fabrik və parniklərə su sayğacları quraşdırılmasını ləğv edib. Razilaşmaya görə hər ay müəssisə rəhbərləri rəsin “haqqı”nı verirlər. Beləliklə burda itirən əhali və dovlət olur. Qazanansa,qeyri-qanuni olaraq muesisələrə SUSATAN idarə rəisi “Yezid” ləqəbli Sərxoş Səidovdur. Azərbaycan Respublikasının Cinayət məcəlləsinə gorə suyun qanunsuz istifadəsinə görə cinayət məsuliyyəti yaradır. Sudan qanunsuz istifadəyə görə 3 min AZN cərimə yaxud iki illik islah işləri nəzərdə tutulur.

Amma bütün bu qanunsuz hərəkətinə görə ona “gözün üstə qaşın var” deyən yoxdur.Özünün və xuliqan oğlu Xəyyamın iddia etdiyinə görə guya “AZƏRSU”nun prezidenti Qorxmaz Hüseynov bu idarə rəisinin arxasinda dayanır… Aldiğimiz məlumata görə “AZƏRSU”ASC-nin vətəndaşlara verdiyi su sayğaclarını 100 manata satan idarə rəisi bəzi dayğacları hələ də evində saxlayır.Hansi abonent “YEZİD” ləqəbli Sərxoş Səidova pul ödəyirsə,onun oğlu Xəyyam həmin abonentin evinə sayğac quraşdırır. İdarədən adının çəkilməsini istəməyən işçilərindən birinin verdiyi məlumata görə idarəyə əksər vaxtlar içkili,yəni sərxoş gəlib işçiləri təhqir etməkdən belə çəkinməyən SƏRXOŞ muellim hamını bezdirib.Bu yarıtmaz idarə rəisinin əlindən bezən rayon sakinləri bu yaxinda icra hakimiyyətinin qarşısında etiraz aksiyasi keçirəcəklərini bildiriblər…

Ramin Sadıxlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam