Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Olimpiya vaxtı ölməmək,toy eləmək qadağaları

 

"Xeberinfo.com":  Bu gün mətbuatımız,TV-lərimiz Bakıda keçiriləcək ilk Avropa Olimpiya oyunlarına aparılan hazırlıq işlərindən,başa çatmaqda olan oyun meydanlarından böyük-böyük yazılar və xəbərlər verməkdədirlər.Hətta bütünlüklə şoua köklənən TV-lərimiz belə xəbərlərində oyunlara neçə gün qaldığını yeni bir informasiya kimi tamaşaçılara çatdırırlar.

  Bu yaxınlarda saytlarda və sosial şəbəkələrdə oxudum ki,oyunlar keçirilən ərəfədə Bakının bəzi rayonlarında nə ölmək,nə də evlənib toy etmək olmaz.Hətta gənclərin bir-birinə səni "sevirəm,sənsiz yaşaya bilmirəm" deməsi belə hakimiyyət tərəfindən yasaq olunub.Bir oğlanın "duxu" nədir qızın ata-anasının yox,hakimiyyətin icazəsi olmadan ona "səni sevirəm"desin.Sevmək də,ölmək də,lap şıdırığı toy eləmək də oyunlardan sonra olar.Axı bizdə insana yüksək dəyər verilir və onun hüquqları qanunlarımız tərəfindən qorunur.

   Hər zaman xalqın və hakimiyyətin yanında olan Qafqaz Müsəlmanları İdarəsi də hakimiyyətə dəstək olaraq bütün molla "sastavı"na tapşırıb ki,olmaya-bilməyə qadağan olunmuş yerlərdə ölənləri yerdən götürüb basırasınız.Qoyun bir müddət işıqlı dünyada qalsınlar,tez gedib orda neyliyəsidirlər ki?Şayət,kimsə tamahına güc gəlib hüzr məclisi aparsa onda o molla,axund qırmızı kartla cəzalandırılıb iki il yas məclislərini aparmaqdan uzaqlaşdırılacaq.

 Kimsə desə ki,bu insan haqlarının pozulmasıdı.Mən bununla heç cür razılaşmaram.Ona görə ki,dəyərli deputatımız Fəzail İbrahimli deyib,bizdə insan haqları əksər ölkələrdən yaxşı qorunur.Mən də Fəzail müəllimə inanıb deyirəm ki, bu doğurdan da belədir.Əgər bu belə olmasaydı manatın ölən bir vaxtında  toylara,hüzürlərə nə qədər xərcimiz çıxacaydı.Deyirəm,adamın da hökuməti olanda belə ola,səni artıq xərc-xəsarətdən qoruya.

  Bu yerdə yadıma Sovet dönəmi düşdü. Onda planı və plandan əlavə  götürülmüş öhdəçliyi yerinə yetirmək üçün hökumət kəndçinin "ağzının" içinə kimi şumlayıb orda pambıq,üzüm əkirdi.Məhsul yığımı başlayandan qurtarana kimi orta məktəblər və bir neçə ali təhsil ocaqları bağlanırdı.Hətta bir çox xidmət obyektlərinin işçilərini belə yığıma səfərbər edirdilər.Bir sözlə hamı iş başında olardı.Toy,nişan eləyənləri böyük cəza gözləyirdi.Ölənləri isə işdən sonra-gecə dəfn edirdilər.

  Bu gün əlini göyə tutub: "şükür,imperiyanın cəngindən yaxşı qutardıq" deyənlər,heç bilməzdilər ki,demokratiyanın da belə-belə özəl qoruq-qadağası olacaq.Burda deyillər ey,yağışdan çıxdıq,yağmura düşdük.Mən isə deyirəm,yağışdan çıxdıq,soyuq qara düşdük.Dəyərli Fəzail İbrahimli,al, bu da sənə insan haqlarının Azərbaycanda əksər ölkələrdən daha yaxşı qorunması.   

  Bu yerdə istəyirəm hökumətə bir təklif də mən edəm ki,oyunlar başlayandan qurtarana kimi Bakya qatıq,süd,ağ neft,mebel yağı,kislata,göy-göyərti,limon satanlar buraxılmasın.Yoxsa düşüb şəhərin küçələrinə bizi əcnəbilərin yanında biabır edərlər.Onlarda gedib ölkələrində bizim mədəniyyətsizliyimiz haqqında birinin üstünə beşini də qoyub danışarlar.Bu da bizim imicimizə pis təsir edər.Elə buna görə də mən hökumətin qərarını iki əlli dəstəkləyirəm,siz də əlinizi qaldırın.Qaldırdınız eləmi? Bu oldu əla.Demək, beləliklə hökumətin qərarı bəzi TV aparıcılarının dediyi kimi yeddiilliklə yox,yekdiliklə qəbul olundu.Ura,ura!!!

       

Məhərrəm Şəmkirli

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam