Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"Bütün çətinlikləri geridə qoymuşuq"

“Azərbaycanın müstəqilliyi dönməz, dövləti isə əbədidir. 18 iyun ölkəmizdə Milli İnsan Hüquqları günüdür. Azərbaycan insan hüquqları sahəsində demokratik ölkələrin uzun illər ərzində əldə etdiklərini qısa müddətdə qazanıb”.

 Xeberinfo.com:   Məlumata görə, bunu İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Milli Məclisdə “18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü” ilə əlaqədar keçirilən dinləmələrdə çıxışı zamanı deyib.


Ölkəmizin həm dünyanın, həm də regionun inkişaf etmiş ölkələrindən biri olduğunu deyən B. Muradova qeyd edib ki, Azərbayca bu istiqamətdə bütün çətinlikləri geridə qoyub: 

“Bu istiqamətdə qarşıya qoyulan vəzifə 1995-ci ildən ulu öndərin imzaladığı insan hüquqları ilə bağlı ilk dövlət proqramı ilə həyata keçirilməyə başlanıldı. 10 il müddətində həmin proqramın konkret nəticələri özünü göstərdi. Ümumiyyətlə, insan hüquqlarının qorunması ilə bağlı əldə olunan bütün uğurlar ümummilli liderin adı ilə bağlıdır. Azərbaycan prezidenti İlham Əliyev də bu siyasəti uğurla davam etdirərək 18 iyunun Milli İnsan Hüquqları Günü kimi qeyd edilməsi ilə bağlı sənəd imzalayıb. Bu illər ərzində çox böyük işlər görülüb. Azərbaycanın bu sahədə xüsusi təcrübəsi var”.

B.Muradova 2001-ci ildə ölkəmizdə Ombudsman institutunun yaradıldığını xatırladıb: “Bu illər ərzində Elmira Süleymanova Ombudsman Aparatına rəhbərlik edib. O, bu istiqamətdə mühüm addımlar atır və lazımi işlər görülür. İnsan hüquqularının təmin edilməsi qanunverici bazadan asılıdır”.(Azvision.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam