Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Mühacir alveri" məsələsinə görə Müsavat və ReAl-çılar arasında QALMAQAL - FOTO

"Mühacir alveri" məsələsinə görə Müsavat və ReAl-çılar arasında QALMAQAL

Müsavat Partiyası üzvlərinin qanunsuz miqrasiya işləri və "siyasi mühacir alveri"nə görə Almaniya polisi tərəfindən həbs edilməsi sosial şəbəkədə müzakirələrə səbəb olub. Müsavat Partiyası başqanının müavini Səxavət Soltalının yazdığı status ReAl-çıları bərk hiddətləndirib.

Yenixeber.org: S.Soltalı "Facebook"da belə yazıb: “Kim olmasından asılı olmayaraq, hansısa qanunsuz işdə adı keçən hər kəs cəzasını almalıdır. Qanunsuz əməllərdə iştirakı sübut olunan heç bir kəs bizimlə bir yerdə ola bilməz!”.

Bu statusa ReAl Partiyası üzvlərinin yazdıqları rəylər qarşılıqlı mübahisəyə səbəb olub. Belə ki, ReAl partiyasının üzvü Dağlar Mustafayev onun paylaşımı barədə yazıb: "O zaman Müsavat rəhbərliyindən başlayın. Zamanında o da üzə çıxacaq. Necə ki, əvvəl inkar etdikləriniz bu gün üzə çıxır”.

S.Soltanlı isə yazıb ki, deyilənlər şər-böhtandır. ReAl-çı D.Mustafayev onun fikirlərinə "Bu gün bu məsələni inkar edənlər ya sadəlövdür, ya da işin içindədirlər. Bilə-bilə susurlar" - deyə cavab verib.

Ardınca Müsavat və ReAl üzvləri bir-birilərini "şərəfsiz" və digər sözlərlə təhqir ediblər.

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat Partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. (trend)

"Mühacir alveri" məsələsinə görə Müsavat və ReAl-çılar arasında QALMAQAL

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam