Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Sabina" parfümeriya-kosmetika mağazalar şəbəkəsində vaxtı keçmiş məhsullar satılır -Şikayət

"Sabina" parfümeriya-kosmetika mağazalar şəbəkəsində vaxtı keçmiş məhsullar satılır
““Sabina” parfümeriya-kosmetika mağazalar şəbəkəsində ötən ilin tarixində istehsal olunan məhsullar satılır”.

Yenixeber.org: Bu barədə redaksiyamıza şikayət daxil olub. Aynurə Həsənova adlı şəxs şikayət edərək bildirib ki, utilizasiya ediləsi məhsulları endirimlə camaata satırlar:

““Sabina” parfümeriya-kosmetika mağazalar şəbəkəsinin Metroparkda yerləşən filialından endirimlə dodaq parıltısı aldım. Mağazadan çıxdıqdan sonra məhsulun üzərində istifadə müddətinin 2018-ci ilin 1 yanvar tarixində bitdiyinin yazıldığını gördüm. Təbii ki, məhsulu qaytarıb pulumu geri aldım. Baxmayaraq ki, mən şikayət etmişdim, mağazada belə məhsulların satışının davam etdiyini gördüm”.

Şikayətlə bağlı “Sabina” parfümeriya-kosmetika mağazalar şəbəkəsinin Metroparkda yerləşən filialı ilə əlaqə saxladıq. Mağazanın rəhbəri Altay Məmmədov saytımıza açıqlama verərək bildirib ki, belə halların baş verməsi normaldır:

“ Ola bilər ki, mağazada istehsal müddəti bitmiş məhsul olsun. Çünki, indi endirimlər vaxtıdır və alıcılar çox olur. Qarışıqlıq olur. Yəqin ki, məhsullar qarışıb. Amma biz tez-tez yoxlama işləri aparırıq. Bir neçə gündür ki, yeni yoxlama işləri aparırıq. Və belə məhsullar aşkarladığımız zaman mağazadan yığışdırırq”.(big.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam