Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

“Sabina” alıcıları aldadır - ŞOK

Bir çox satış mağazaları yalançı reklamlarla vətəndaşları aldadıb pul qazanır. Bu kimi metodlardan xüsusən geyim və parfumeriya satış mağazaları istifadə edir. 

Xeberinfo.com:  Unikal.org saytının araşdırmasına əsasən "Sabina” mağazalar şəbəkəsi tərəfindən vətəndaşlara bütün məhsullara endirim olunması ilə bağlı SMS-lər göndərilir. Vətəndaş mağazadan məhsul almaq istəyərkən endirimin həmin məhsula aid olmadığı bildirilir. Beləliklə, vətəndaş məcbur olub məhsulu endirimsiz almalı olur.

 

Bu da onların açıq şəkildə aldadılması və hüquqlarının pozulmasıdır. Yeni qəbul edilən "Reklam haqqında” Qanun layihəsinə əsasən, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanan müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Abunəçinin razılığı olmadan və ya qanunazidd reklamın göndərilməsinə görə telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, belə hallar mövcuddur və gündəlik olaraq istehlakçılar tərəfindən rəhbərlik etdiyi təşkilata telefon zəngləri daxil olur: "Bu kimi halların qarşısı alınmalıdır. Təəssüf edirəm ki, bu yayılmış bir məsələdir. Nazilər Kabinetinin 94 saylı qərarı var və orada bu məsələ nəzərə alınmayıb. Endirim kampaniyalarının necə aparılması qaydası tam olaraq öz əksini tapmayıb. Yeni Reklam Qanuna əsasən bu sms-lərin göndərilməsi özü qanun pozuntusudur”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam