Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda uşaq qidasından çıxan qurdla bağlı AQTA araşdırmalara başladı (VİDEO)

Bakı sakini uşağına aldığı qidanın içindən qurd çıxdığını iddia edir.

Yenixeber.org: Bu barədə o, videomüraciət edib. Onun sözlərinə görə, Biləcəri qəsəbəsində yerləşən aptekdən aldığı "Nutrilak" uşaq qidasının içindən qurd çıxıb. Vətəndaş bu barədə aidiyyəti qurumlara müraicət də edib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) araşdırmalar başlanıb. Agentlikdən  bildirilib ki, araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək:

"Qeyd etdiyiniz məsələ ilə bağlı vətəndaş Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə məlumat verib. Məlumat qeydə alındıqdan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyində aidiyyəti üzrə araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, qida məhsullarının, xüsusilə uşaq qidalarının təhlükəsizliyi və keyfiyyəti ilə bağlı şübhələri olarsa, bu sahədə neqativ hallarla rastlaşsalar, müəssisənin və məhsulun adı, ünvanı, istehsal tarixi və s. konkret məlumatları qeyd etməklə Agentliyin 1003 qaynar xəttinə zəng edərək məlumat versinlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam