Redaktor seçimi
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
Günün xəbəri

“Malyutka-2”dən yad cisim aşkarlanıb, uşaq qidası satışdan çıxarılır - RƏSMİ -YENİLƏNİB

 

 

Yenixeber.org: Azərbaycanda “Malyutka-2” əmtəə nişanlı uşaq qidasının distributoru "Veysəloğlu" şirkətidir.

Əldə etdiyimiz məlumata görə, ölkədə “Malyutka” uşaq qidasının satışını bu şirkət həyata keçirir.


*** 12:22

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluqzərərli uşaq qidası ilə bağlı birgə məlumat yayıb. 

AQTA-dan verilən məlumata görə, Agentliyin 1003 “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib. 

Araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində “Malyutka-2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub. Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka–2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur.

Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcək.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam