Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Bakıda-“Xəzəri qoruyaq” adlı təmizlik aksiyası keçirilib

Bakınının Xəzər rayonunda Buzovna çimərliyi ərazisində “Xəzəri qoruyaq” adlı təmizlik aksiyası keçirilib.

Yenixeber.org:   Aksiya ASAN xidmət, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin və "Coca-Cola" şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.

Aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.

Aksiyada iştirak edən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, çimərlik mövsümü bitdikdən sonra Xəzər dənizinin sahilinin təmizlənməsi simvolik hal alıb. O, təmizlik aksiyasında "ASAN könüllülər"in aktiv iştirak etdiyini və hazırda bu prosesə 500-dən çox könüllünün qoşulduğunu vurğulayıb.

Aksiyada qeyd olunub ki, builki tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

Qeyd edək ki, hər il sentyabrın 21-də dünyanın 100-dən çox ölkəsində təşkil olunan təmizlik aksiyalarında on minlərlə insan könüllü olaraq sahilyanı əraziləri tullantılardan təmizləyir. Azərbaycanda Beynəlxalq Sahilyanı Təmizlik Günü 9 ildir ki, qeyd olunur. Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı aksiyadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam