Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mən asudə adamam, sərbəst hərəkət edirəm - GENERAL MÖVLAM ŞIXƏLİYEV DANIŞIR

Mən asudə adamam, sərbəst hərəkət edirəm


Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi barədə xəbər yayılıb.

Yenixeber.org:  Bu xəbərin nə dərəcədə doğru olması təsdiqlənməsə də ölkənin Milli Təhlükəsizlik Nazirliyini cinayət yuvasına çevirən, bu nazirlikdə mütəşəkkil cinayətkar dəstə yaradan və ən əsası istintaq altında olan bir adamın ölkədən çıxışına məhdudiyyətin götürülməsi xəbəri sosial şəbəkələrdə narazılıqla qarşılanıb.

Gununsesi.org xatırladır ki, Eldar Mahmudovla yanaşı ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslərdən biri də MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyevdir.

Əməkdaşımız sabiq baş idarə rəisi ilə əlaqə saxlayaraq, ona da tətbiq olunan məhdudiyyyətin götürülüb-götürülməməsini soruşub.

Hazırda ölkədə olduğunu deyən Mövlam Şıxəliyev bildirib ki, o sərbəst hərəkət edir: “Mən öz ölkəmdəyəm və asudə adam kimi sərbəst hərəkət edirəm”.

“Başqa sizi nə maraqlandırır” deyən Şıxəliyevdən növbəti dəfə ölkədən çıxışına məhdudiyyətin götürülüb-götürülməməsini soruşuruq.

Cavabında isə general “Bu məsələ sizi maraqlandırmasın və sualınıza cavab vermək istəmirəm” deməklə kifayyətlənir.

Qeyd edək ki, Eldar Mahmudovun “baş torbatikəni” kimi tanınan Mövlam Şıxəliyev MTN-dəki cinayətkar şəbəkənin əsas simalarından biri olsa da o, da sabiq nazir kimi həbsdən yaxasını qurtara bilib.

Baxmayaraq ki, “MTN İşi” çərçivəsində aparılan istintaq və məhkəmədə Mövlam Şıxəliyevin həbs olunası üçün tutarlı sübutlar ortaya çıxmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam