Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Eldar Mahmudov Azərbaycanı belə tərk edib– “Sərbəstdir...”

 

Eldar Mahmudov Azərbaycanı necə tərk edib? –

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov artıq tam şəkildə sərbəst hərəkət izni alıb, ölkə sərhədlərini sərbəst şəkildə aşa bilir. Ölkə sərhədləri daha E. Mahmudov üçün “dəmir barmaqlıq” deyil.

Yenixeber.org: Məlumatda deyilir ki, Eldar Mahmudov hətta yay tətilini ölkədən kənarda keçirib. Onun ölkəyə qayıtması isə burada yaxınlarının, xüsusən əmisi oğlu Vüqar Mahmudovun  həbsdə olması ilə əlaqəlidir.

Sabiq nazir ətrafına söz verib ki, Vüqar Mahmudov həbsdən çıxmamış ölkədən gedən deyil. Vüqar Mahmudov Eldar Mahmudovun köməkçisi olub. Onu “MTN işi”ndən 2 il sonra, 2017-ci ilin noyabrında həbs ediblər. Artıq Vüqar Mahmudovun işi üzrə məhkəmə prosesi də başlayıb. Bakı Hərbi Məhkəməsində keçirilən proseslərə Vüqar Mahmudov demək olar ki, qatılmır. Məhkəmədən də bunun səbəbini izah etmirlər.

Belə ehtimallar var ki, Vüqar Mahmudovun məhkəmə prosesinin uzandıqca-uzanan “saqqız”a çevrilməsi Eldar Mahmudovun ölkədən çıxardığı 5 milyard dolları geri qaytarması öhdəliyi ilə əlaqəli ola bilər. 

Eldar Mahmudovun azadlıqda olmasının bir səbəbi kimi də bu amil göstərilir. Onun tərəfindən ölkədən çıxarılmış milyardlarla dolların geri qaytarılacağına olan ümiddir. Görünür, Eldar Mahmudov da bu şərtlə razılaşıb - müəyyən qədər bağışlanması müqabilində ölkədən çıxardığı kapitalın böyük hissəsini qaytarmağa meyllidir.(müsavat) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam