Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Eldar Mahmudovun ölkədən çıxışına icazə verilir?

Eldar Mahmudovun ölkədən çıxışına icazə verildi

Sabiq nazir hakimiyyətlə anlaşma əldə edib, bundan sonra xaricdə yaşayacaq 

Xeberinfo.com:   Bir müddət əvvəl ləğv edilmiş MTN-in rəhbəri Eldar Mahmudovun komandası cinayətlərdə ittihami olunsa da, özünün hələ də həbs olunmaması müəmması davam edir.Məlumata görə, sabiq nazirin demək olar ki, əksər generalları həbs olunub və onlar kifayət qədər ağır cinayətlərdə ittiham olunurlar. Amma nədənsə, Eldar Mahmudova dəyib-toxunan yoxdur. 

Bu əsnada Politika.Az bəzi məlumatlar əldə edərək, sabiq nazirin qarşısında şərt qoyulduğunu bildirmişdi. Bu barədə verilən məlumatlarda vurğulanırdı ki, hakimiyyət dairələri Eldar Mahmudovdan yediyi 10 milyard dolları geri tələb edib. Həmin pul ödənildikdən sonra barəsində qərar veriləcəyini vurğulamışdılar. 

Amma gələn son xəbərə görə, Mahmudovun artıq hakimiyyətlə anlaşdığı deyilir. Məlumatda vurğulanır ki, sabiq nazir tələb olunan məbləği ödəyib. Və ölkədən çıxışı üçün icazə istəyib. Hakimiyyət dairələri də bunun yaxın vaxtlarda reallaşdıracaqları barədə vəd veriblər. Belə ki, ən yüksək səviyyədə müzakirə aparıldıqdan sonra bununla bağlı qərar veriləcəyi gözlənilir. 

Belə bir versiya var ki, Mahmudovun ölkədən çıxmasını onun səhhəti ilə əlaqələndirəcəklər. Belə ki, onun səhhətində problem yarandığı və xaricdə müalicə alması lazım gəldiyi bəhanəsi ilə ölkədən çıxarılacaq. Əvəzində isə Mahmudov bundan sonra hakimiyyət əleyhinə danışmayacaq. Üstəlik, əlində olan arxivini də iqtidar mənsublarına verəcək. Əks təqdirdə, nəinki ölkədən çıxa biləcək, ümumiyyətlə, həbs olunub, ən ağır formada cəzalandırılacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam