Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Elçin Məmməd Beynəlxalq Banka kredit borcuna görə ölkədən buraxılmayıb

 

Daxili İşlər Nazirliyi hüquq müdafiəçisi Elçin Məmmədin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmasına və ölkədən çıxışına məhdudiyyət qoyulması barədə yayılan məlumatlara aydınlıq gətirib.

 

Xeberinfo.com:  Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, E. Məmmədin ölkədən çıxışına qoyulmuş qadağa Beynəlxalq Banka olan kredit borcu ilə bağlıdır: “Əvvəla onu deyim ki, Elçin Məmmədovun özü də yaxşı bilir ki, Azərbaycanda heç bir kəsi dövlət orqanlarına, o cümlədən, hüquq-mühafizə orqanlarına əsassız olaraq dəvət etmirlər. Özünü hüquq müdafiəçisi kimi təqdim edən bu adam keçən il Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvətinin və eləcə də ölkədən çıxışına qanuni əsaslarla qoyulan məhduduyyətin səbəblərini də lap yaxşı bilir. Unudubsa, bir daha qısaca olaraq təkrar edirəm: Məmmədov Elçin Məmməd oğlu, dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, dövlətin bankı qarşısında götürdüyü öhdəliyi vaxtında yerinə yetirməyib. Yəni Beynəlxalq Bankdan aldığı təxminən 2 min manata yaxın kredit borcunu, götürdüyü və imzaladığı öhdəliyə uyğun olaraq vaxtında banka qaytarmayıb.

Əgər Elçin Məmmədov məsələni ictimailəşdirməklə məsuliyyətdən yayınacağını düşnürsə, böyük səhvə yol verir. Bilsin ki, bank qarşısında götürdüyü hüquqi öhdəliyə hamı kimi o da mütləq əməl etməlidir, yəni banka olan borcunu ödəməlidir. Əks təqdirdə onun ölkə hüdudlarını tərk etməsinə qoyulan qanuni məhdudiyyət öz qüvvəsində qalacaq”.

Qeyd edək ki, E. Məmməd mətbuata açəqlama verərək ölkədən çıxışına qoyulmuş məhdudiyyətin Konstitusiyada zəmanət verilmiş hüquqların pozuntusu olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam