Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Əli Əhmədov donor ola bilməz”-Oqtay Şirəliyevə müraciət edildi

 

Əli Əhmədovla bağlı Oqtay Şirəliyevə müraciət edildi:

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə YAP rəhbərliyi qanvermə aksiyası keçirib. Aksiyada YAP icra katibi, baş nazirin müüavini Əli Əhmədov da iştirak edib. Bu, bir sıra mütəxəssislər tərəfindən tənqidlə qarşılanıb. Onun qan donoru olmaq üçün yaşının uyğun olmadığını bildiriblər.

Yenixeber.org: Məsələ ilə bağlı tanınmış hüquqşünas Osman Kazımov Səhiyyə Naziri Oqtay Şirəliyevə müraciət edib.

O, qeyd edib ki, KİV vasitəsi ilə Əli Əhmədov qan verməsi -donorluq etməsi nümayiş etdirilib. Hüquqşünas müraciətində bildirib ki, Azərbaycan Respublikası “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” qanununun 4.1-ci maddəsinə əsasən 18-65 yaşlı vətəndaşlar donor ola bilərlər: “Yaş həddi elmi nəzəriyyələrə əsaslanmışdır. Əli Əhmədov 27.01.1953-cü ildə anadan olmuşdur. 27.01.2019-cu ildə 66 yaşı tamam olmuşdur. Hal-hazırda 67 yaşının içindədir. 

Göründüyü kimi ondan qan götürülməsi yuxarıda qeyd edilən qanunun tələblərinin pozulması ilə həyata keçirilmişdir. Bu da gələcəkdə həmin qandan istifadə ilə baglı fəsadlarla nəticələnə bilər. 

Odur ki, Sizdən xahiş edirəm ki, xüsusi komissiya təşkil edərək həmin qanını məhv edilməsi üçün tədbir görəsiniz və qanunun tələblərini pozaraq qan götürən səhiyyə işçilərini cəzalandırasınız.

Xalqın sağlamlığı hər şeydən önəmlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam