Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Nar”-ın dəstək olduğu -peşəkar boksçular qələbə qazandılar

 

 

“Nar”-ın dəstək olduğu Azərbaycanın gənc boksçuları Türkiyənin Sakarya şəhərində keçirilən peşəkar boks döyüşlərində inamlı qələbə qazanıblar. “Baku Fight Lab” boks klubunun yetirmələri olan Rauf Ağayev və Nicat Həsənov Gürcüstan boksçularına qalib gəliblər.

 

Yenixeber.org:   Peşəkar boksda 69 kq çəki dərəcəsində ilk dəfə rinqə çıxan Nicat Həsənov Zaza Amiridze üzərində qələbə qazanaraq debüt görüşünü qələbə ilə bitirib. 52 kq çəki dərəcəsində çıxış edən Rauf Ağayev isə rəqibi Mişiko Şubitidzeni artıq 3-cü raundda nokauta salaraq rəqibindən tam üstünlüyünü nümayiş etdirib.

 

“Baku Fight Lab” bir neçə ay öncə yenidən fəaliyyətə başlamış Azərbaycan Peşəkar Boks Federasiyasında qediyyatdan keçib. Federasiya promouter şirkətlərə boksçular arasında beynəlxalq səviyyəli peşəkar döyüşlər keçirməyə imkan verir.

 

Qeyd edək ki, “Nar”, “Baku Fight Lab” (keçmiş “Rabitə”) boks klubunun rəsmi tərəfdaşıdır. Mobil operatorun dəstəyilə boks klubu valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqlar üçün peşəkar təlimlər keçir. Gənc boksçuların texniki təchizatı “Nar” tərəfindən təmin edilir, təlimlər isə klubun Dünya və Avropa çempionu olmuş peşəkarlar tərəfindən keçirilir. Təlimlərin məqsədi ölkə gənclərinin zərərli vərdişlərdən uzaq olması və cəmiyyətin layiqli üzvü kimi yetişməsinə töhfə verməkdir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam