Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

İdmançımız ermənini məğlub etdi

 

23685 

Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir.

   "Xeberinfo.com": Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın üçüncü günü Azərbaycan idmançıları üçün uğurlu olub. Rinqə çıxan 5 boksçumuzun hamısı qalib gəlib. 70 kq çəki dərəcəsində çıxış edən Rasim Çobanlı çexiyalı Daniel Svestkanı mübarizədən kənarlaşdırıb – 3:0. Boksçumuz ¼ finalda Belarus nümayəndəsi Mikita Krasnabayevlə qarşılaşacaq.

Ruslan Rüstəmovun (46 kq) qələbəsi isə daha əlamətdar olub. Milli komandamızın üzvü erməni boksçusu Jirayr Sargeyan üzərində inamlı qələbə qazanıb – 3:0. Həmyerlimiz ¼ finalda rusiyalı Pavel Ryasniylə üz-üzə gələcək.

75 kq çəki dərəcəsində mübarizə aparan Hacı Dilbazov da Avropa birinciliyinə qələbə ilə başlayıb. Dilbazov İsrail təmsilçisi Vyaçeslav Şemetovu məğlub edib – 3:0. Boksçumuz ¼ finalda ukraynalı İvan Çubreviçevlə görüşəcək.
Malik Həsənov isə (48 kq) Ukrayna təmsilçisini yarışdan kənarlaşdırıb. Həsənov Sergey Korol üzərində qələbə qazanıb – 3:0.

Məhəmməd Abdullayev (80+kq) Avropa birinciliyində ikinci görüşünü nokautla başa vurub. Boksçumuz litvalı Marek Korolkovu 2-ci raundda təslim olmağa məcbur edib. Yarımfinala vəsiqə əldə edən Abdullayev Ukrayna idmançısı Vyaçeslav Qavrilyukla qarşılaşacaq.

Avropa birinciliyinə noyabrın 8-də yekun vurulacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam