Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Bu həkim uşağı 1900 manata sünnət edib -FOTOLAR

 

 


Səhiyyə sahəsindəki problemlər kütləvi narazılıqla müşayiət olunur.

Yenixeber.org: Demək olar ki, hər gün bununla bağlı müxtəlif şikayətlər, problemlər gündəmə gəlir. Budəfəki şikayət 2 yaşlı usağın yanlış əməliyyat edilməsi ilə bağlıdır. GundemXeber.Az bildirir ki, Xızı rayonunun Yeni Yaşma kəndinin sakini Gülsüm Şükürova mətbuata müraciət edərək 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Allahverdi Musayevdən şikayətçi olduğunu bildirib.

Bakıda həkim uşağı 1900 manata sünnət edib -FOTOLAR



Gülsüm Şükürovanın sözlərinə görə, qardaşının nəvəsi Cavidan Şükürzadə böyrək problemindən əziyyət çəkir:
"Yoxlamalardan sonra əməliyyat qərarı verildi. Əməliyyat üçün 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Allahverdi Musayevə müaricət etdik. Cərrah ilkin yoxlamaların, USM-nin nəticələrini bəyənməyərək yenidən yoxlamalar, analizlər apardı. Nəticədə cərrah əməliyyata qərar verdi və bizə bildirdi ki, böyrək çıxarılmayacaq, "stend” qoyulacaq. Bunun gələcəkdə hansı problemləri yaradacağını soruşduq. Allahverdi Musayev bizə dedi ki, 30 yaşına qədər heç bir problem olmayacaq. 2018-ci ilin 9 martında əməliyyat oldu, amma bir neçə aydan sonra problemlər ortaya çıxdı. Yenidən başqa həkimə müraciət etdik.

Bakıda həkim uşağı 1900 manata sünnət edib -FOTOLAR



Yoxlama nəticəsində məlum oldu ki, Allahverdi Musayev əməliyyat adı altında uşağı ancaq sünnət edib. Böyrəklə bağlı heç bir iş görülməyib. Ancaq əməliyyat izi qoyub. USM yoxlamalarından məlum oldu ki, Allahverdi Musayev "stend” qoymayıb. Baxmayaraq ki, əməliyyat buna görə olub və məhz "stend”ə görə biz vəsait ödəmişik. Ümumilikdə isə Allahverdi Musayevə 1900 manat pul vermişik. Şəxsən öz əlimlə bu pulu həkimin özünə vermişəm. 1900 manatdan 850 manatı "stendə”, 50 manatı isə sünnətə görə ödənilib. 1000 manat isə həkimə əməliyyat pulu kimi verilib. Bundan əlavə isə analizlərə və digər prosedurlara görə xərcimiz çıxıb”.

Bakıda həkim uşağı 1900 manata sünnət edib -FOTOLAR



Şikayətçi 4 yaşlı Cavidanın artıq ikinci əməliyyat keçirdiyini deyib:
"Artıq ikinci əməliyyat da baş tutub. İkinci əməliyyatı isə Akademik M. C. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının cərrahı Eldar Hüseynov edib. Əməliyyat avqustun 23-də olub. Yoxlamalardan sonra Cavidanın böyrəyinin artıq inkişafdan qaldığını və çıxarılmasının məcbur olduğunu dedilər. Nəticədə Cavidanın bir böyrəyi çıxarıldı. Allahverdi Musayevin səhvimi, səhlənkarlığımı ucbatından 4 yaşlı balamız iki dəfə bıçaq altına düşdü”.
Şikayətçi Gülsüm Şükürova Allahverdi Musayevdən onlara dəymiş zərərin ödənilməsini istəyir: "Allahverdi Musayev bizə maddi və daha çox mənəvi zərər vurub. İkinci əməliyyatın stressini, xərcini də nəzərə alsaq, bizə dəymiş zərərin nə qədər böyük olduğunu görmək çətin deyil. Tələb edirik ki, Allahverdi Musayev bizə vurduğu zərəri ödəsin”.
Məsələ ilə bağlı cebhe.info-nun əməkdaşı 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Allahverdi Musayevlə əlaqə saxlayıb. A.Musayev əvvəlcə belə bir xəstəsinin olmadığını, məlumatın yanlış verildiyini deyib. Amma təqdim olunan sənədlərdə imzası olduğunu deyəndən sonra isə telefonu məşğula qoyaraq sualları cavablandırmaqdan yayınıb.
Qeyd edək ki, bu Allahverdi Musayevin ilk dələduzluq əməli deyil. Məhz etdiyi dəlduzluqlara görə, Sehiiyyə Nazirliyinin Kollegiya iclasında Pediatriya İnstitutundan işden xaric edilmişdir.

Artiq hüquq mühafizə orqanları tərəfindən rüşvət faktoruna və törətdiyi cinayət əməllərinə görə Allahverdi Musayev barədə araşdırmalara başlanılıb.(gündemxeber)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam