Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

“Oğlumu bizə demədən əməliyyat ediblər”

 

Avqustun 8-də Bakıda bir qrup şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alan və ertəsi gün Kliniki Tibbi Mərkəzdə (“Semaşko” xəstəxanası) dünyasını dəyişən jurnalist Rasim Əliyevin atası  övladının onlardan xəbərsiz olaraq cərrahiyyə əməliyyatına alındığını bildirib.

"Xeberinfo.com":   Məlumata görə, mərhumun atası deyib ki, həkimlər tərəfindən Rasimin cərrah stoluna çıxarıldığı onlara deyilməyib və özləri bundan xəbər tutanda artıq əməliyyat başa çatıbmış.

Rasim Əliyevi əməliyyat edən həkim-professor Saday Əliyev Modern.az-a açıqlamasında bildirib ki, o, yalnız işin icraçısı olub.

“Jurnalist xəstəxanaya gələndən onu məsul növbətçi həkim Babək Zeynalov qəbul edib, müayinələrdən keçirib, analizlər verdirib, şöbəyə qoyub, onunla məşğul olub.

Əməliyyatın vacibliyi qətiləçən kimi isə mənə deyib ki, jurnalisti əməliyyat edim. Onun yaxınlarının bu haqda məlumatlı olub-olmadığını deyə bilmərəm. Adətən xəstənin adamlarına bu haqda məlumat verilir, risklər qeyd edilir. Bu məsələni mən həll etməmişəm. Məndən onu əməliyyat etməyi istəyiblər, mən də etmişəm. Daha orada heç kimi görməmişəm. Mərhumun valideynlərini heç tanımıram da. Mən həmin cərrahiyyə əməliyyatının yalnız icraçısı olmuşam. İnanmıram ki, Babək həkim bu haqda onun valideynlərinə xəbər verməsin”.

Kliniki Tibbi Mərkəzin həkimi Babək Zeynalov isə bildirib ki, jurnalistin əməliyyatının vacibliyi meydana çıxanda onun yanında heç kim olmayıb.

“Xəstəlik kağızında mobil nömrə var idi, ona zəng çatmırdı. Ev telefonuna zəng etmişdik. Həmin vaxt texniki işçilər bununla məşğul ola bilməmişdi, təcili olaraq əməliyyata almışdıq. Söhbət belə olub. Əlaqə saxlanıla bilmədiyi üçün yaxınlarına məlumat verilməyib. Amma sonradan onun valideynləri, qohumları gəldi, onlara  dedim ki, xəstə əməliyyatxanadadır”.

B.Zeynalov deyir ki, Rasim Əliyevi qəbul edəndə, xəstə ümumiyyətlə xəstəxanada qalmaq istəmirmiş.

“Yarım saat, 40 dəqiqə qəbul şöbəsində bütün müayinələrdən keçirəndən sonra onu başa saldıq ki, qabırqaların sınığı var, döyülmüsən, travma almısan və qanaxma ola bilər, döş boşluğunda qan yığıla bilər, ora trubka qoya bilərik, hökmən xəstəxanada qalmalısan. Anası tibb işçisidir, bunları bilir. Sonra anası ona dedi ki, həkimlər necə istəyir elə et. Onu güclə uzandırıb sistem qoşduq ki, durub hərəkət etməsin, gəzməsin.

Küt travmalarda bir neçə saat, bir neçə gün bədən isti olur heç bir problem üzə çıxmır. Bir neçə saatdan, bir neçə gündən sonra ola bilər ki, onun qaraciyəri, ağciyəri, dalağı partlasın, harasısa göyərsin, hematoma əmələ gəlsin. Çünki travma olur, xəstə 1 saatdan sonra gəlir xətəxanaya, yoxlayırıq heç nə yoxdur, şöbəyə yatırırıq. Bir neçə saatdan sonra qarına qan yığışır, ona uyğun hərəkət edirik. Rasim Əliyevə də dəfələrlə dedim ki, sabah onu UZİ, rentgen edəcəyik. Amma sabaha qalmadı. Gecə gördük ki, təzyiqi düşür. Bu da qanaxma deməkdir və təcili əməliyyat elədik”.

Həkim Babək Zeynalov bildirib ki, Rasim Əliyev gələndə onun kəlləsi 2 proyeksiya, döş qəfəsi 2 proyeksiya rentgen olunub, UZİ-yə salınıb, qan analizləri götürülüb, beyin cərrahı, ümumi cərrah, üst cənə cərrahı, travmatoloq - hamısı ona baxıb.

“Hamısının da qeydi xəstəlik tarixçəsində öz əksini tapıb. Baxılıb və həmin vaxtı əməliyyata göstəriş olmayıb. Uzandırmışıq palataya, sistem küçürmüşük, ağrıkəsicilər vurmuşuq, nəzarətdə saxlamışıq. 1 saat, saat yarımdan sonra isə halı pisləşib və təcili əməliyyata almışıq”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam