Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Füzuli RİH-in başçısı - Qurban bayramdında vətəndaşlarla görüşüb

 

Alı Alıyev Qurban bayramı günlərində vətəndaşlarla görüşüb, problemərini dinləyib

Yenixeber.org: Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Qurban bayramı günlərində Əhmədbəyli, Bala Bəhmənli kəndlərində (Dörd yol adlanan ərazidə) və Qayıdış qəsəbələrində olmuş, vətəndaşlarla görüşmüş, bazarlarda, topdan satış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlanmış, alıcı və satıcılarla söhbət etmişdir. 

Alı Alıyev vətəndaşları Qurban bayramı münasibəti ilə təbrik etmiş, onların problem və qayğıları ilə maraqlanmışdır. Rayon sakinləri də öz növbəsində Qurban bayramı münasibəti ilə Prezident cənab İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edərək, bazarlarda qiymətlərin münasib olduğunu, hər hansı bir qiymət artımının olmadığını bildiriblər.

Alı Alıyev Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan sərəncamlardan bəhs edib. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılmasının dayanır. Qeyd edib ki, son vaxtlar ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Məcburi köçkünlər dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını, çörək pulu,qaz, işıq, sudan istifadəyə görə hər ay vahid aylıq müavinət aldıqlarını, əməkhaqqı, pensiya və təqaüdlərinin vaxtlı-vaxtında plastik kartlar vasitəsilə ödənildiyini bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam