Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kommunal borcunu ödə, maaşını al...-Üstəlik 50 manat rüşvət

 

Türkmənistan hakimiyyəti borcluları aşkarlayaraq onlara kommunal xidmətləri müxtəlif yollarla ödətdirir. Belə ki, dövlət qulluqçuları yalnız qaz, işıq və supulu borcu olmamasına dair arayış təqdim edəndən sonra əməkhaqqı ala bilir.

Yenixeber.org: Azadlıq Radiosu-nun türkmən xidmətinin məlumatına görə, borcu olan dövlət qulluqçuları iyul-avqust aylarının maaşını ala bilməyəcəklər. Borcun olmamasına dair arayışın alınmasına isə azı bir ay gedir.

Hazırda elektrik enerjisi müəssisələrində böyük növbələr yaranıb, bəzilərində minədək adam var. Radio Azatlık xəbər verir ki, arayış almaqdan ötrü təkcə işıqpulunu deyil, əlavə 50 manat rüşvət vermək də lazım gəlir.

Bundan öncə bir neçə yerli təşkilatın rəhbərliyi öz hərəkətlərini prokurorluğun tələbləri ilə izah ediblər.

Bu ilin aprelində Aşqabaddakı bəzi dövlət qurumları, özəlliklə su idarəsi supulu yığılanadaək işçilərin əməkhaqqısını ödəməmişdi.

Türkmənabad şəhərində ictimai nəqliyyatda borca görə işıqların kəsiləcəyi xəbərdarlığı peyda olub. İndiyədək belə xəbərdarlıq mətbuatda dərc olunurdu.

Daşoğuz rayonunda məktəblər daxil büdcə təşkilatlarının əməkdaşlarından tələb edirlər ki, kommunal xidmətlər üçün qabaqcadan ödəniş etsinlər. Tələb edirlər ki, elektrik, su və qazın pulunun ödənməsi haqda arayış gətirsinlər, sonra isə kommunal xidmətlərə görə bir neçə ayın pulunu qabaqcadan versinlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam