Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nardaran sakinlərinin 117 illik işıq pulu borcu var ?

 

Ötən gün Nardaranda bir qrup dindarla polis qüvvələri arasında baş verən, iki polis işçisinin və beş nəfər yerli sakinin ölümü ilə nəticələnən  toqquşmadan sonra qəsəbədə elektrik enerjisi tamamən kəsilib. 9 mindən çox əhalisi olan Bakı kəndi zülmətə bürünüb.

Xeberinfo.com:    “Azərişıq” ASC məlumat yayıb ki, elektrik enerjisi Nardaran sakinlərinin işığa olan borcuna görə kəsilib. Açıqlanan məbləğ 42 mln. 267 min manat təşkil edir. Elektrik enerjisi təchizatı haqqında qanun borcu olmayan abonentlərin işığının kəsilməsini qadağan edir. “Azərişıq”ın məlumatına görə, belə abonentlər var.

Ən acınacaqlısı odur ki, “Azərişıq”ın açıqladığı rəqəmlər ciddi şübhə doğurur. Bunu dövlət statistik göstəricilərin müqayisəli təhlili göstərir. Statistik məlumatlara görə, Azərbaycanda adambaşına elektrik enerjisi istehlakı ildə 1705 kVt və ya 102 manat (1705 kVt Х 6 qəpik = 102 manat) təşkil edir.  9 mln. 583 min nəfərin istehlak etdiyi elektrik enerjisi pul ifadəsində  997 mln. 446 min manat təşkil edir.

Nardaranın   9300 nəfər əhalisi var və ümumi statistik məlumatlara görə, ildə orta hesabla 848.000 manat (9300 Х 102) məbləğində elektrik enerjisi istehlak edir.

Beləliklə, 2007-2015-ci illərdə nardaranlılar 8 mln. 532 min manat məbləğində elektrik enerjisi istehlak ediblər.

2007-ci ilədək Azərbaycanda elektrik enerjisi üç dəfə ucuz olub – 1 kVt-a görə 2 qəpik. O zaman Nardaranın payına ildə 306.900 manat düşüb.

Nardaranlıların borc strukturundakı 42 mln. 267 min manatdan 2007-2015-ci illərin payına 8 mln. 532 manat, 2007-ci ilədək olan dövrün payına  33 mln. 735 min manat düşüb.

Əgər 33 mln. 735 min manatı 306  min 900 manata (illik istehlak) bölsək belə alınır ki, nardaranlılar 2007-ci ilədək olan dövrdə 109 il ərzində işıq pulu ödəməyiblər.  Və son 8 ilin borcunu da buraya əlavə etsək ödənilməyən ümumi müddət 117 il edir.

Çox qəribədir, bəs onlar çar Kerenski, komissarlar, müsavatçılar, sovetlər və ölkənin müstəqilliyi dövründə işıq pulu ödəmədən necə yaşayıblar? Məətəl qalmalı işdir.

contact.az



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam