Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qoşqar Təhməzlinin agentliyində riyazi hesablama: -Bir təkzibin izi ilə...

Qoşqar Təhməzlinin agentliyində riyazi hesablama:
Azərbaycan kütləvi informasiya vaistələrində və sosial şəbəkələrdə 118 ton kənd təsərrüfatı məhsullarının geri qaytarılması ilə bağlı məlumalar yayılıb.

Yenixeber.org: Məlumatlarda həmin məhsulların yoluxmuş olmasının bildirilməsi isə əhali arasında narahatlığa səbəb olub. Qaytarılan məhsulların yerli bazarlarda əhaliyə satılacağı təşviş doğurub.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə məlumatları təkzib edib:

“Yayılan məlumatlar qətiyyən həqiqəti əks etdirmir. Qeyd etmək lazımdır ki, iyulun 1-dən Agentliyimiz tərəfindən Azərbaycandan ixrac olunan məhsullar barədə ətraflı məlumatlar yayımlanır. Bu il yanvarın 1-dən indiyədək təqribən 319 min 764 ton kənd təsərrüfatı məhsulları ixrac olunub və onlardan cəmi 5 nəqliyyat vasitəsi geri qaytarılıb. Geri qaytarılanlar pomidor, gilas və tütün məhsullarıdır. Bu, ixrac olunan məhsulların cəmi 0,03 faizini təşkil edir. Nəqliyyat vasitələrindən 2-i sənədləşmədə olan problemlər, 3 isə kənd təsərrüfatı məhsullarının zərərvericilərlə yoluxması ilə əlaqədar geri qaytarılıb. Həmin məhsulların heç birinin toksikoloji göstəricilərində nöqsanlar aşkar edilməyib və bu, bitkiçilik təsərrüfatlarında aqrokimyəvi vasitələrin, pestisid və bitki zərərvericilərinə qarşı tətbiq edilən vasitələrin düzgün həyata keçirildiyini göstərir. Geri qaytarılan 2 nəqliyyat vasitəsinin sənədlərində olan problemlər aradan qaldırılandan, 3 nəqliyyat vasitəsindəki kənd təsərrüfatı məhsulları isə zərərvericilərə qarşı müvafiq fitosanitar tədbirlər həyata keçiriləndən sonra məhsullar yenidən ixrac olunub”.

Qeyd edək ki, yerli mətbuat və sosial şəbəkələrdə yayılan xəbərlər əsasən Rusiya kütləvi informasiya vasitələrinə istinadən verilib. Xəbərin mənbəyi ölkənin Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti olub. Məlumatda bildirilib ki, yoluxmuş tərəvəz, meyvə və giləmeyvələrin Rusiya ərazisinə aparılmasına icazə verməyib. Dövlət sərhədinin Dağıstan hissəsində, Yaraq-Kazmalyar sərhəd-keçid məntəqəsində, 2019-cu il iyul ayının əvvəlindən Azərbaycandan 32,3 ton pomidor, 53,4 ton gilas, 19,92 ton quru noxud və 13 ton çiyələyin idxal olunmasına qadağa qoyulub.

Xəbərin doğruluğu şübhə altına alan Agentlik sədri açıqlamasında “Yayılan məlumatlar qətiyyən həqiqəti əks etdirmir”, -deməklə həm də Rusiya dövlət qurumunun məlumatlarını şübhə altına alır.

Amma məsələnin əsas tərəfi odur ki, mətbuatda yayılan rəqəmlərlə Qoşqar Təhməzlinin səsləndirdiyi rəqəmlər əslində eynidir.

Belə ki, Q.Təhməzli 319 min 764 ton kənd təsərrüfatı məhsulunun idxal olunduğunu, bunun yalnız 0,03 faizinin geri qaytarıldığını deyir.

Məsələ orasındadır ki, qeyd olunan faiz elə mətbuatda yayılan xəbərlərdə yer alan rəqəmlə təqribən eynidir.

Deyəsən, Agentlik sədri açıqlamanı oxuyanlar arasında hesablama bacarığı olanların varlığına şübhə edib.(dia)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam