Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Təfəkkür Universitetində növbəti qalmaqal

 

Riyad Əliyevin mətbuata açıqlama verməsi rektor Müşfiq Atakişiyevi qorxuya salıb, «ümumi kassa»dan pul gizlədilməsi və onun haqqında yeni məlumatların ortaya çıxmasının sirri açılmaq üzrədir

"Xeberinfo.com":   Məlumata görə, uzun müddət səssiz qalan, lakin bir neçə gündür mətbuata xeyli sayda audio və video yazılar göndərən universitetin sabiq şəriklərindən biri Riyad Əliyevin açıqlamaları rektor Müşfiq Atakişiyevi qorxuya salıb. 
Məlumatda deyilir ki, təpədən-dırnağa çirkabın içində olan, «tələbə köçürməsi» işində «müstəsna səlahiyyətlərə» malik ali məktəbin rəhbərini qorxuya salan səbəb isə Riyad Əliyevin konkret adlar çəkməsi və bəzi sirrlərin üstünü açmasıdır. Hətta universitet rəhbərliyi o qədər narahatdır ki, baş verənlərlə bağlı təkzib materialını artıq bir həftədən çoxdur ki, bütün mətbuat orqanlarının elektron ünvanına gönərir.
Məlumata görə, rektor Müşfiq Atakişiyev Riyad Əliyevin iddialarını yayımlayan bütün mətbuat orqanlarını susdurmaq üçün mümkün imkanlardan yararlanmağa çalışır. Bunun üçün onun təkcə universitetin Mətbuat Xidmətinin imkanlarından deyil, həmçinin prorektorların şəxsi münasibətləri və bəzi jurnalistlərin imkanlarından da yararlanır. 
Lakin Atakişiyevin probleminin bununla bitmədiyi vurğulanır. İddia edilir ki, Təfəkkür Univesitetinin rektorunun bəzi dairələrdən külli miqdarda pul gizlətməsi, «perevod» işindən qazandığı milyonlarla özünə ən yeni imkanlar yaratmasının səs-küyə səbəb olması da uzaqda deyil. Mənbənin bildirdiyinə görə, Atakişiyevin haqqında ən ilginc məlumatlar yaxın günlərdə açıqlanacaq. 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq(Jam.az).

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam