Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Təfəkkür Universitetinin rektoruna qarşı ittihamlar

 

Riyad Əliyev Müşfiq Atakişiyevi qətl sifariş etməkdə, məmurlara rüşvət verməkdə, 4 milyon dolların mənimsənilməsində və daha digər işlərdə günahlandırıb.

"Xeberinfo.com":  Təfəkkür Universiteti ilə bağlı daha bir qalmaqallı və sensasiya dolu məlumat yayılıb. Bu dəfə məlumatı yayan şəxs isə uzun müddət bu qurumda çalışmış, hətta onun təsisçilərindən biri olmaq imkanına sahib olmuş Riyad Əliyevdir.
R.Əliyev açıqlamasında bildirib ki, o, Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyevlə 2004-cü ildən birlikdə işləyiblər. O etiraf edib ki, uzun müddət tələbə köçürmələri ilə məşğul olublar. “Amma mən elə bilirdim bu qanunidir. Sonra bildim ki, Atakişiyev cinayətlə məşğuldur, üstəlik hər yerdə adamı da var. Təhsil Nazirliyində 2 nəfər – Nəzakət Hacıyeva və İlham Pirməmmədov böyük pullar qarşılığında onun saxta köçürmələrini həyata keçirir”.
Universitetin sabiq işçisi daha sonra dekan müavini olmuş Ruzbek adlı şəxsin otağında əlində 15 min manat pulla tutulmasından bəhs edib. O bildirib ki, Ruzbekə rüşvət maddəsiylə cinayət işi qaldırılıb. “Bu maddəyə görə o, 7-12 il arasında həbs yatmalı idi. Amma F.Ələsgərovun tapşırığı ilə maddə dəyişdirilib dələdüuzluq (178-a) edildi. Və buna görə Ruzbekə 3 il iş verildi. 1 il 6 ay yatdıqdan sonra onu çıxartdılar. Bunu da Fuad Ələsgərov həll etdi. Ruzbeki içəridə də yaxşı dolandırdılar. “Burjuy kamera”da qalırdı. Bütün xərclərini çöldən Müşfiq Atakişiyev ödəyirdi ki, danışmasın. Ona hətta Qusarda 1 ev də tikdirdilər, kompensasiya üçün. Çıxanda gedib orda istirahət etsin deyə”.
Riyad Əliyev bildirir ki, ona Təfəkkür Universitetinə payçı olmaq təklif olunub. “Mən Müşfiq Atakişiyevə və onun şəriki olan sabiq nazir işləmiş, indi Təşəkkür Universitetinin birinci prorektoru olan şəxsə 4 milyon pul vermişəm. Bundan əlavə ona villa (qaynı Məhəbbətin adına keçirtmişəm), həyat yoldaşının adına Nərimanov rayonunda 3 otaqlı mənzil, dayısı uşaqları Rövşən və Dəyanətin adına 4 maşın və 2 torpaq sahəsi keçirtmişəm. Bu pulların və əmlakların qarşılığında mən Təfəkkür Universitetinin payçısı olmalı idi. Amma sonra anlaşmadıq, çünki gəlirlər bölünürdü. Xərclər artmağa başlamışdı. Qazancın da böyük hissəsi “obşiy kotyol”a gedirdi. Müşfiq Atakişiyevin dediyinə görə, bu pullar Fuad Ələsgərova çatdırılırdı. O isə bu pulları daha sonra daha yuxarı vəzifə sahiblərinə ötürürdü”.
Təfəkkür Universitetinin sabiq əməkdaşı vurğulayır ki, o, baş verənlərlə bağlı dövlət başçısına müraciət ünvanlayıb və dərhal onun həbsini təşkil ediblər. “Çıxandan sonra isə dedilər ki, susum. Yoxsa məni yenə həbs etdirəcəklər. Amma mən susmadım və susmaq fikrim də yoxdur. Haqqımı sonuna qədər müdafiə edəcəyəm”.
Qeyd edək ki, Riyad Əliyevin açıqladığı fikirlərdə yetərli qədər ağır ittihamlar var. Xüsusən, adam öldürmə, yüksək çinli məmura külli miqdarda rüşvətin verilməsi və digərləri ilə bağlı epizodlar təsdiqini taparsa, bu Təfəkkür Universitetinin rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmasına gətirib çıxara bilər. Üstəlik, universitetin bağlanması və indiyə qədər verilmiş diplomların saxta elan edilməsi üçün zəmin yaradacaq. Aydın məsələdir ki, illərdir özünü və təhsil biznesini qoruyan Müşfiq Atakişiyev bunun baş verməsinə imkan verməyəcək. Və böyük ehtimalla o, bu prosesin qarşısını almaq üçün külli miqdarda pul xərcləmək yolu ilə də olsa, addımlar atacaq. Amma ortadakı durum belədir ki, hər an hər şey dəyişə bilər. Yəni, yuxarıların qərarı iki dodaq arasındadır. Oradan çıxan bircə kəlmə Artakişiyevi həbsə də, bundan sonra davam etməyə də apara bilər.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. (jam.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam