Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rektor qiymətləri yenə qaldırdı: AKSİYA XƏBƏRDARLIĞI

Muşfiq Atakişiyev qiymətləri yenə qaldırdı: AKSİYA XƏBƏRDARLIĞI

 

Devalivasiya Təfəkkür Universitetinin rektorunu tənginəfəs edib

Xeberinfo.com:   Təfəkkür Universitetində tələbələr yenidən etirazlara hazırlaşır. Bu barədə Politika.Az-a təhsil ocağındakı mənbələr məlumat veriblər. Onların bildirdiyinə görə, buna səbəb rektor Müşfiq Atakişiyevin imtahan qiymətlərini yenidən qaldırmasıdır. 

Məlumatda vurğulanır ki, Atakişiyev dekabr devalivasiyasından sonra imtahanların qiymətlərinə cüzi dəyişiklik etmişdi. Həmin vaxt qiymətlərdəki fərqin böyük olmamasını görən tələbələr də səslərini çıxarmamışdılar. Lakin yay imtahan sessiyası ərəfəsində məlum olub ki, rektor qiymətləri iki dəfə bahalaşdırıb. 

Belə ki, hazırda Təfəkkür Universitetində imtahanlar arasında ən ucuzu 100 manatdan başlayır. Aparıcı və ixtisasa bağlı fənlər üzrə imtahanlarda isə qiymətlər 150-300 manat arasında dəyişir. Bu qədər fərqin yaranmasının səbəbi kimi tələbələr devalivasiyanı göstərirlər. Onlar deyirlər ki, rektor manatın dəyərdən düşməsindən dolayı «tənginəfəs» olub və itirdiklərini bu şəkildə çıxarmaq istəyir. 

Məlumata görə, Təfəkkür Universitetində tələbələrdən alınan illik təhsil haqqının da manatla ödənişi dayandırılıb. Belə ki, rektorun göstərişinə əsasən dekabrdan sonra bütün ödənişlər dollarla aparılır. Və işin ən eybəcər tərəfi odur ki, göstərişə uyğun olaraq təhsil haqlarında manat hesabı ilə qiymətlər də iki dəfə bahalaşıb. Məsələn, əgər universitetedə təhsil alan tələbə 2500 manat ödəyirdisə, hazırda bu rəqəm 2500 dollar edilib. 

Qeyd edək ki, Təfəkkür Universitetində təhsil alan tələbələr baş verənlərə etiraz etməyə başlayıblar. Onlar imtahanların qiymətinin qaldırılmasına etiraz əlaməti olaraq ali məktəbin binası önündə aksiya keçirməyi qərarlaşdırıblar. Hazırda tələbələr arasında bununla bağlı hazırlıqlar görülür və yaxın günlədə konkret addım atılacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam