Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Binə” və “Sədərək”də -vergidən yayınmanın qarşısı alınacaq

“Binə” və “Sədərək”də vergidən yayınmanın qarşısı alınacaq
"Binə" və "Sədərək" kimi ticarət mərkəzlərində faktiki sahibkarların vergidən yayınma hallarının aradan qaldırılması üçün tədbirlər görülür.
Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza Deprtamentinin baş direktoru Natiq Şirinov bildirib. 

Onun sözlərinə görə, əvvəllər malların bazarlarda faktiki sahibkarlar tərəfindən sənədsiz satılması həyata keçirilirdi və bu, dövriyyələrin şəffaflaşmasına ciddi əngəllər yaradırdı.

"Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb ki, idxal-ixrac sahəsində şəffaflaşma təmin olunsun. Öz növbəsində Vergilər NazirliyiDövlət Gömrük Komitəsi, Maliyyə və İqtisadiyyat Nazirlikləri tərəfindən müvafiq addımlar atılıb". 

Nazirlik rəsmisi qeyd edib ki, hazırda karqo şirkətləri sırf daşımaçılıqla məşğuldur. Ölkəyə idxal olunan mal və məhsullar faktiki sahibkarın adına rəsmiləşdirilir. Bu da imkan verir ki, ölkə boyu dəyər zəncirinin qorunmasında olan əngəllər aradan qaldırılsın. 

"Mallar karqo şirkətləri tərəfindən daşınır. Onlar daşımaçılıqdan öz mənfəətini əldə edirlər. Həmin mallar faktiki sahibkarların adına rəsmiləşdirildiyi üçün növbəti mərhələlərdə dövriyyələrin şəffaflaşması aparılır". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam