Karqo qiymətləri niyə artır? –“Vergidən əlavə gömrük “şapka” da istəyir”
“Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə sədr təyin edildikdən sonra karqo qimətlərində artım baş verib”.
Yenixeber.org: Bu sözləri adlarının çəkilməsini istəməyən sahibkarlar deyib.
Onların verdiyi məlumata görə, əvvələr kubu 2.5 dollara gələn karqolar, artıq bahalaşaraq 3,5- 4 dollar olub. Sahibkarlar Karqo qiymətlərinin qalxmasının malların satışına da təsir göstərəcəyini vurğulayıblar. Çünki, gətirilən hər malın satışa çıxma anına qədər xərcləri hesablanır və buna uyğun olaraq da qiymətlər təyin edilir.
Karqo şirkətlərindən səbəbləri öyrəndikdə, qeyri-rəsmi olaraq aldığımız cavab bu oldu: “36% vergidən əlavə, Gömrük “şapka” da istəyir. Buna görə də, daşımada qiymətin qalxması normal bir haldır”.
Böyük karqo şirkətləri ölkənin iki ən böyük bazarı sayılan Sədərək və Binə ticarət mərkəzlərində yerləşirlər. Həmin şirkətləri isə bazar rəhbərliyi ilə ya qohumluq, ya da hansısa bir bağ birləşdirir. Karqo şirkətlərindən yerində məlumat almaq isə mümkünsüzdür, sahibkarlar bildirir ki, ən adi bir narazılıq, artıq sual vermək mühafizəçilərin təhqiri, döyməsi, ən yaxşı halda isə Qaradağ rayon Polis İdarəsinə aparılmaqla nəticələnir.
Sədərək Ticarət Mərkəzində sahibkarların təkcə narazılığı karqoların qiymət artımı ilə bağlı deyil. Son günlər bazarda mağazaların qarşısındakı jalüzlər sökülərək, yerinə şüşələr quraşdırılır. Belə baxanda burada qeyri-adi nəsə yoxdur. Hətta yaxşı hal sayıla bilər. Ancaq məsələnin bir əmması var.
Deməli, Sədərək Ticarət Mərkəzindəki mağazaların qarşısı 2 metr önə çəkilir. Bu da hər mağaza sahibinə 1670 manata başa gələcək. Mağazların önə çəkilməsi sıralar arasındakı məsafəni darlaşdıracaq və nəticədə bazara gələn müştərilərin narahatlığına səbəb olacaq. Belə olan halda yanğın söndürmək üçün quraşdırılmış su kranları da mağazaların daxilində qalacaq. Əgər bazarda yanğın baş verərsə, yanğını söndürmək üçün öncə mağazaların önündəki şüşələri sındırmaq lazım olacaq. Sahibkarlar bildirirlər ki, bazar rəhbərliyinin bu qərarı kiçik bir şey kimi görünsə də, əslində, bu addımla milyonlarla pul əldə edəcək.
Hər mağazanın 2 metr önə çəkilməsi, hazırda mağazaların sahəsinə, arenda qiymətlərinə təsir etməsə də, iş yekunlaşdıqdan sonra əlavə haqq tələb ediləcəyi söylənilir.
Sahibkarlar qeyd edir ki, yaxın günlərdə bazar rəhbərliyinin atdığı addıma görə etiraz aksiyası keçirən şəxslər analoji addımla üzləşiblər. Bu rəhbərliyin atdığı addıma qarşı çıxmaq olmur. Çünki rəhbərliyin saxladığı “qoçu dəstəsi” onları döyür. Qaradağ rayon Polis İdarəsi isə Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin verdiyi əmrləri yerinə yetirir. Polis rəisi polkovniki Əli İbrahimovun Yusif Qədimbəylinin bacanağı olduğu bildirilir.
Səxavət Məmməd