Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

MİLLİ MƏCLİSDƏ TİKİNTİDƏ YOXLAMA İLƏ BAĞLI MÜBAHİSƏ:"Hansısa nazir qol çəkib, göndəriblər bura..."

“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara icazə verilir. Bu nə ilə əlaqədardır?”.

Yenixeber.org: Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində millət vəkili Vahid Əhmədov deyib.

“Bizim komitədən heç vaxt Milli Məclisin plenar iclasına 2 qanun daxil olmayıb. Keçən dəfə “Dövlət rüsumu haqqında” qanun plenara daxil olanda çox böyük debatlara səbəb olub. Hansısa nazir gətirib, qol çəkib, göndəriblər bura. Tikintidə nə yoxlama?! Əgər biz yoxlamaların hamısını saxlamışıqsa, niyə yenidən tikintiyə dövlət nəzarəti yoxlamalarını bərpa edirik, səbəbi nədir?”, -V.Əhmədov bildirib.

Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov V.Əhmədovun etirazına cavab verib.

“Məlum olduğu kimi, 2021-ci il yanvar ayının 1-nə kimi bütün yoxlamalar dayandırılıb, yalnız müstəsna hallarda yoxlamalar aparıla bilir. Biz zaman-zaman bu yoxlamaların siyahısını genişləndiririk. Buraya təklif olunur hazırda yanğın nəzarəti, tikintidə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsinə nəzarət sahəsində yoxlamalar da həyata keçirilə bilsin. Eyni zamanda, bu yoxlamaların risk səviyyəsinə uyğun olaraq keçirilmə dövriliyi müəyyən olunur. Xüsusilə qeyd etmək lazımdır ki, çoxmənzilli binaların istismarı ilə bağlı fərman tələb edir ki, FHN müvafiq qurumları yoxlamaları həyata keçirə bilsinlər. Əks halda həmin binaların istismarı ilə bağlı müəyyən çətinlik yarana bilər. V.Əhmədovun dediyi ondan ibarətdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar yəni – vergi yoxlamaları, tikintiyə dövlət nəzarəti həyata keçirilməsi ilə əlaqədar yoxlamalar, maliyyə sahəsindəki yoxlamalara bu qanun şamil olunmayacaq”, – M.Bazıqov əlavə edib/Report.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam