Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Bakıdakı "Stimul Hospital"da BİABIRÇILIQ —Müayinə olunmaq istəyən xəstəni baş həkimlə görüşməyə qoymadılar

 

 

Bakıda fəaliyyət göstərən "Stimul Hospital"da xoşagəlməz hadisə baş verib

 Yenixeber.org: Qarın nahiyyəsində və mədəsində ağrılardan şikayətçi olan Məhbubə Təhməzova adlı vətəndaş müayinə olunmaq üçün sözügedən tibb müəssisəsinə müraciət edib. Bu zaman özünü "Stimul Hospital"ın şübə müdiri kimi təqdim edən, ad və soyadını söyləməyən xanım əməkdaş xəstə ilə çox kobud şəkildə rəftar edərək, onu acılayıb. Daha sonra isə həmin xanım əməkdaşın göstərişi ilə xəstə və onun yaxınları məcburi şəkildə "Stimul Hospital"ın binasıdan çıxarılıblar. 


Məhbubə Təhməzova göstərilən kobud rəftara görə sözügedən klinikadan şikayətçi olduğunu bildirib:


"Bizə qarşı edilən kobuduq rəftarla əlaqədar Baş həkimə şikayət etmək istədim. Ancaq həmin şəxslər məni və yaxınlarımı klinika rəhbərliyi ilə görüşməyə imkan vermədilər. Bizi zorla binadan çıxartdılar". 


O, "Stimul Hospital"da üzləşdiyi xoşagəlməz hallarla əlaqədar Səhiyyə Nazirliyinə şikayət edəcəyini söyləyib. 

 

Image result for stimul hospital

 

Xatırladaq ki, paytaxtın Sabunçu rayonunda yerləşən “Stimul Hospital”da bu cür xoşagəlməz halların baş verməsi birinci hal deyil. Ötən il sözügedən klinikada xəstə əməliyyat masasında vəfat etmişdi. 


Belə ki, həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib.


Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılmışdı, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilmişdi.


Plastik cərrah Elçin Zodan da açıqlamasında məlumatı təsdiqləmişdi.(demokrat.az)

 

Zaur Hacılı

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam