"GRAND" hospitalında daha bir gərginlik– İşçilər qorxududuldu, sonra isə…
Xəbər verildiyi kimi Bakıdakı “Grand Hospital” klinikası adını dəyişərək “Ege Hospital” adı altında fəaliyyətini davam etdirir
Yenixeber.org: Bakupost-a istinadən xəbər verir ki, rebrendinqdən sonra xəstəxananın onlarla azərbaycanlı həkimi qəfil işdən qovulub. Onların əvəzinə isə xəstəxana rəhbərliyi Türkiyədən həkimlər dəvət edib. Üstəlik, gözləmədikləri anda işlərindən qovulan azərbaycanlı həkimlər Türkiyədən dəvət edilən bu həkimlərin Bakıda işləmək üçün lizensiyalarının olmadığını deyib, xəstəxana rəhbərliyini qanunsuz fəaliyyətdə ittiham edib.
Bildirilir ki, bu günlərdə xəstəxananın yeni rəhbərliyi tibb müəssisəsi “Grand Hospital” adı altında fəaliyyət göstərdiyi dövrdə işləmiş daha bir qrup həkimi zorla işdən qovub. Məlumatda bildirilir ki, xəstəxana rəhbərliyi işdən çıxarmaq istədikləri həkimləri və digər tibb işçilərini məcburi qaydada işdən könüllü çıxdıqları barədə sənədə qol çəkdirib. Belə ki, rəhbərlik əməkdaşların maaşlarını verməməklə hədələyərək, onları zorla sənədə qol çəkdirməyə məcbur edir. Könüllü şəkildə işdən çıxmaq istəməyənləri isə halal maaşlarını verməməklə hədələyib. Mənbə qeyd edib ki, xəstəxanadan onlarla həkimlə yanaşı, xeyli sayda tibb personalı da qovulub. Xəstəxanadan yeni işdən çıxarılan həkimlərin adları isə aşağıdakı kimidir.
Namiq İsmayılov
Rasim Məhərrəmov
Şahin Manafov
Pərviz Aslanov
Tələt Şəfiyev
Röyal Hacıməmmədov
Könül Mahmudova
Afaq Qəhrəmanova
Zərifə Hacıbəyli
Ramil Abdulov
Teymur Məmmədov
Zərdan Bəylərov
Arzu Hüseynov
Seymur Musayev
Günay Əhədova
Lalə Alıcan
Arzu Eyyubova
Əlkəbər Həmidov
Əlizamin Sadıqov
Günay Ağazadə
İlahə Həsənli
Samirə Hüseynova
Munisə Quliyeva
Lamiyə Əzimzadə
Emin Qurbanov
Turan Musayeva
Onu da qeyd edək ki, özəl klinika rəhbərliyinə Yalçın adlı Türkiyə vətəndaşı gətirilib. Bundan sonra klinika həkimləri kütləvi şəkildə işdən çıxarılmağa başlanılıb. Belə ki, keçən həftənin şənbə günü illərdir, klinikada işləyən həkimlər səhər işə gəldikdə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otaqlarına buraxılmayıblar.
Nə baş verdiyini anlamayan həkimlər rəhbərliyə müraciət edib. Klinika rəhbərliyi onlarla daha işləmək istəmədiklərini, yerlərinə Türkiyədən həkim gətirdiklərini bildirib. Həkimlərin qarşılaşdığı bu “sürpriz” ciddi narazılığa səbəb olub.
Həkimlərin bildirdiyinə görə, klinika rəhbərliyi onların əmək hüququnu kobudcasına pozmaqla yanaşı, həm maddi, həm də mənəvi ziyan vurub. Daha əvvəl işdən çıxarılan həkimlər bunlardır:
Arzu Əyyubova
Rasim Məhərrəmov
Afaq Ələsgərova
Röyal Hacıməmmədov
Namiq İsmayılov
Seymur Mehtiyev
Sənan Aşirov
Toğrul Ömərov
Qeyd edək ki, işdən çıxarılanlar hospitalın ən məşhur həkimləridir.
Hazırda klinikada gərgin vəziyyət hökm sürür.
Məlumat üçün bildirək ki, hospital barədə neqativ yazılar mətbuatda dərc olunduqdan sonra bəzi telekanal və saytlarda tibb müəssisəsi reklam edilir. Amma fakt ortalıqdadır.