Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Azərbaycandan ən çox poçt göndərişləri aparan ölkələr

Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi, beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb.

Yenixeber.org: Bu imkanlardan istifadə edərək hazırda Azərbaycan Poçtunun ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərməsi sahəsində 3 ildir ki, beynəlxalq layihə həyata keçirilir. Bu məqsədlə "Azərpoçt" MMC və geniş beynəlxalq avia daşıma imkanlarına malik "Silk Way" aviaşirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb və 2016-cı ilin iyul ayından fəaliyyətə başlanılıb.

 məlumata görə, layihə dünyanın əsas yük mərkəzi olan Çin Xalq Respublikasında sifariş olunan e-kommersiya məhsullarının bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən "Silk Way" aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilməsini və “Azərpoçt” tərəfindən poçt kimi emal olunaraq MDB və digər ölkələrə daşınma və çatdırılmasını nəzərdə tutur.

Honq Konq şirkəti ilə bağlanmış müqavilə əsasında 2019-cu ilin 1-ci rübündə 4 min 892 kq, yəni 18 min 891 ədəd poçt həcmi tranzit mərkəzdə emal olunaraq dünyanın 17 ölkəsinə göndərilib. Almaniya, Avstriya, BƏƏ, Böyük Britaniya, Çexiya, Fransa, İran, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Lüksemburq, Özbəkistan, Rusiya Federasiyası, Türkiyə, Ukrayna kimi ölkələrə 11 min 230 ədəd sifarişli, 7 min 661 ədəd sadə kiçik paket poçt həcmi çatdırılıb.

Eyni zamanda “Azərpoçt” MMC-nin EMS xidməti ilə Estoniya poçtu arasında bağlanmış müqavilə əsasında ABŞ və Almaniyadan daxil olan sürətli poçt göndərişləri “Azərpoçt” MMC üzərindən Rusiya Federasiyasına göndərilir.

Hazırda layihə üzrə fəaliyyətin genişləndirilməsi məqsədilə Çində, Cənubi Koreyada və Sinqapurda ekspress daşıyıcı kimi fəaliyyət göstərən digər şirkətlərlə də danışıqlar aparılır.

Yaxın zamanlarda daha iri həcmlərdə e-kommersiya məhsullarının Azərbaycan üzərindən “Azərpoçt” MMC vasitəsilə xarici ölkələrə daşınması və çatdırılması planlaşdırılır.  Axar.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam