Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Nizami RİH-də “Diqlas” ticarət mərkəzi ilə bağlı toplantı olub-Tapşırıq

 Nizami rayonunda “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində yaranmış vəziyyətin aradan qaldırılması məqsədilə iclas keçirilib

 

Yenixeber.org: 23 aprel 2019-cu il tarixində Rayon İcra Hakimiyyətində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində yaranmış vəziyyətin aradan qaldırılması məqsədilə iclas keçirilib.

İclasda Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, güc strukturlarının, xidmət sahələrinin və “Diqlas” ticarət mərkəzinin nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar komissiyasının sədri Qərib Məmmədov 26 mart 2019-cu il tarixində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində yaranmış vəziyyətin aradan qaldırılması barədə çıxışında məlum hadisənin ölkə başçısı tərəfindən nəzarətə götürüldüyünü, onun səbəblərinin araşdırılmasının və ilk növbədə zərərçəkmiş sahibkarlara yardım göstərilməsi, eləcə də dəymiş ziyanın dəqiq müəyyənləşdirilməsi barədə konkret tapşırıqlar verildiyini, hadisə nəticəsində zərərçəkmiş sahibkarlara ilkin maddi yardım göstərilməsi üçün cənab Prezidentin müvafiq Sərəncamı ilə maliyyə vəsaitinin ayrıldığını, eyni zamanda ölkə başçısının digər müvafiq Sərəncamına əsasən Nazirlər Kabineti tərəfindən Komissiya yaradıldığını və Komissiyanın hər bir üzvü tərəfindən öz səlahiyyətləri daxilində müvafiq işlərin görüldüyünü bildirib.

Q.Məmmədov İqtisadiyyat Nazirliyi tərəfindən digər qurumların nümayəndələri də daxil olmaqla, müvafiq işçi qrup yaradıldığını və qısa bir zamanda zərərçəkmiş sahibkarların fərdi qaydada qəbul edilərək dinlənildiyini, onlara dəymiş ziyandan artıq olmamaq şərtilə ilkin maddi yardım verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə maliyyə vəsaiti ayrılaraq yardım göstərildiyini, bundan əlavə ölkə başçısının tapşırığına əsasən öz fəaliyyətlərini bərpa etmək istəyən zərərçəkmiş sahibkarların digər ticarət mərkəzlərində yerləşdirildiyini diqqətə çatdırıb.

Q.Məmmədov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Yekun Aktına əsasən yanğın nəticəsində “Diqlas” ticarət mərkəzinin binasının yükdaşıyan konstruksiyalarının gücləndirilməsinin həm iqtisadi, həm də texniki tərəfdən səmərəli hesab edilmədiyindən onun demontaj olunmasının məqsədəuyğun olduğunu və bu Yekun Akta əsasən Rayon İcra Hakimiyyəti başçısının 18 aprel 2019-cu il tarixli sərəncamı ilə Komissiya yaradıldığını və mövcud vəziyyətlə əlaqədar Komissiya üzvləri tərəfindən aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görüləcəyini qeyd edib.

İclasda Rayon Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin rəisi Cavid Quliyev və Rayon Polis İdarəsinin rəis müavini Müşviq Aslanov ticarət mərkəzinin demontajı zamanı texniki təhlükəsizliyinin qorunması məqsədilə müəyyən təkliflərlə çıxış ediblər.

İclasa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ticarət mərkəzinin sahiblərinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn tələblərə əməl etmək şərtilə yanğının nəticələrinin aradan qaldırılmasının və aidiyyəti Komissiya üzvlərindən ticarət mərkəzinin demontajı zamanı ətraf ərazilərin, mühəndis-kommunikasiya xətlərinin və sanitar normalarının qorunmasının təmin edilməsini tapşırıb.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam