Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirlik yanğınla bağlı hərəkətə keçdi:Bu gündən...

 

Cari ilin 26 mart tarixində Bakı şəhəri, Nizami rayonu ərazisində “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən İqtisadiyyat Nazirliyində işçi qrupu yaradılıb.

Yenixeber.org: Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, yanğında zərərçəkən sahibkarların problemlərinin öyrənilməsi məqsədilə yaradılmış İşçi Qrupu tərəfindən cari ilin 29-31 mart tarixlərində onların hər birinin (qabaqcadan razılaşdırılmaqla) müəyyən olunmuş vaxtlarda fərdi qaydada qəbul edilərək dinlənilməsi həyata keçiriləcək.

Qəbul İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (Ünvan: Atatürk pr.,134, tel. 012-404-04-01) təşkil olunacaq.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində sahibkarlara dəyən ziyanın dövlət tərəfindən ödənilməsi ilə bağlı göstəriş verib.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam