Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Erməni qarnından çıxanlar buna mane olur” –Sabir Rüstəmxanlı

 Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə çıxış edərkən Bakıda soyqırım muzeyinin yaradılmasının vacibliyini vurğulayıb. Q.Paşayeva bildiriblər ki, muzeyin Bakıya gələn qonaqlar tərəfindən ziyarət edilməsi çox vacibdir. 

Yenixeber.org: Sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı  bildirib ki, Bakıda soyqırım muzeyinin yaradılmasını 25 il öncə o, da Milli Məclisdə səsləndirib, amma nədənsə buna mane olan qüvvələr var:

“Bakıda soyqırım muzeyinin tikilməsi təklifini biz 25 il bundan əvvəl qaldırmışdıq. Bununla bağlı mənim də, yazıçı Anarın da çıxışları olub, hətta yerinə də demişdik. İndi sağ olsun Qənirə xanım Paşayevə bunu yenidən səsləndirib. Bütün köhnə unudulanlar yenidən yada salınırsa, bu çox gözəldir. Özbəkistanda çox möhtəşəm bir soyqırım muzeyi var. Bu muzeydə ruslar və ermənilərin özbəklərə qarşı törətdiyi vəhşiliklər əks olunub.  Erməni əsillilər və qarnından çıxanlar nədənsə soyqırım muzeyinin Bakıda yaradılmasına mane olurlar. Buna sovet dövründə də mane olublar. Otuz ildir bunu biz deyirik. Bu, millətin son 200-300 ildə keçdiyi faciəvi yoldur. Cənubi Azərbaycanda və burda daşnak erməni birləşmələrinin Azərbaycan xalqının başına gətirdiyi faciələr belə bir muzeydə əks olunmalıdır. Bu, təkcə Xocalı faciəsi deyil. Bizdə nədənsə həmişə sonuncu hadisəni deyirlər, amma əvvəlki soyqırımlar unudulur.  Halbuki 1906-cı ildə törədilən Umudlu kəndinin faciəsi heç də Xocalı faciəsindən balaca deyil. Qaradağlı soyqırımı da bunlardandır. Bütün soyqırımlar ümumiləşdirilməlidir. Bakının ən mötəbər yerində hökmən soyqırım muzeyi yaradılmalıdır”.(moderator.az) 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam