Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Deputat "istehsalatda bədbəxt hadisələr" mövzusundan danışdı

 

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətini itirən vətəndaşların hüquqlarının daha ciddi qorunması təklifləri ilə çıxış edib.

"Xeberinfo.com": Bu gün Milli Məclisdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında qanuna dəyişikliklər müzakirə olunan zaman millət vəkili Qənirə Paşayeva bu dəyişiklikləri dəstəkləyib və vurğulayıb  ki, ən çox belə hallardan biri tikinti sektorunda baş verir. 
 
Millət vəkili qeyd edib ki, bu sektor da daxil olmaqla, bəzi özəl sahələrdə  işçilər əmək müqaviləsi və icbarı sığortası olmadan çalışdırılırlar. Buna qarşı da sərt mübarizə aparmaq lazımdır, çünki  istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətini itirməklə vətəndaşlar ağır vəziyyətlə üzləşirlər. 
 
Ona görə əmək müqaviləsi və icbari sığortası olmadan çalışdıranlara qarşı çox ciddi mübarizə aparılmalıdır. Bədbəxt hadisələr zamanı peşə-əmək qabiliyyətini itirənlərin icbari sığorta haqlarını almalarında bəzi hallarda  rast gəlinən  süründürməçilik hallarının olması və bununla bağlı bəzən vətəndaşlardan şikayətlərin və müraciətlərin gəldiyini qeyd edən millət vəkili Qənirə Paşayeva bu cür süründürməçilik hallarının son qoyulmasının vacibliyini və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətini itirmiş vətəndaşların normal şəkildə sığorta haqlarından yararlana bilmələrinin böyük önəmini vurğulayıb və bu sahədə mexanizmlərin və görülən işlərin keyfiyyətinin daha da artırılmasının vacibliyini qeyd edib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam