Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

 “Nar” nömrə ilə xaricdə Wi-Fi pulsuzdur

 

 

 

Yenixeber.org: “Nar” Novruz bayramı ilə əlaqədar xaricə səyahət edəcək abunəçiləri üçün sərfəli rominq paketləri təqdim etməkdədir. Mobil operatorun istifadəçiləri “Nar” rominq ilə internet, “WhatsApp” vasitəsilə  pulsuz yazışma və səsli zəng əldə edirlər. Bütün abunəçilərini nəzərə olan “Nar” 4 müxtəlif rominq paketi təqdim edir.  “Roaming 9” paketi 500 MB internet, “Roaming 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, “Roaming 18” paketi 1 GB internet,  “Roaming 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir.  “Roaming 18” və “Roaming 28” paketlərində “WhatsApp” vasitəsilə   yazılı mesajlar pulsuzdur.  “Roaming 9”, “Roaming 15” paketlərinin istifadə müddəti 5, “Roaming 18” və “Roaming 28” paketlərinin istifadə müddəti isə 15 gündür.

 

Qeyd edək ki, “Nar”-ın təqdim etdiyi rominq paketlərinin sərfəli olması, istifadəçilərin sayını artırmaqdadır. Son 1 il ərzində “Nar”-ın rominq istifadəçilərinin sayı 174% artıb.

 

Rominq paketləri haqqında daha ətraflı məlumatı nar.az saytından və ya 777 nömrəsinə “R” göndərməklə əldə etmək olar.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam