Yenixeber.org: Qiyməti cəmi 14 AZN təşkil edən “Xoş gəldin” paketi alındığı andan etibarən, istifadəçiyə beynəlxalq zənglər üçün 20 dəqiqə və 7 GB internet trafiki təqdim olunur. Paketdaxili internet üçün hesablama intervalı 40 KB, zənglər üçün hesablama intervalı isə 60 saniyə təşkil edir.

İstifadə müddəti 30 gün olan “Xoş gəldin” paketini alaraq sərfəli qiymətə danışmaq, mobil internetdən bol-bol istifadə etmək və təəsüratlarını bölüşmək mümkündür. Dəqiqələr və internetin qalığını yoxlamaq üçün *777#20#YES kodunu yığmaq, I yazıb 777 qısa nömrəsinə göndərmək və ya “şəxsi kabinet” xidmətindən istifadə etmək kifayətdir.