Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

2 saylı Doğum Evi və Tural Qəlbinur körpəni şikəst edib –Foto

 

 

Həkim səriştəsizliyi Azərbaycanda daha bir körpənin həyatını təhlükəyə atıb. Bu faciəni Məmmədovlar ailəsinə ginekoloq Aygün Mahmudova yaşadıb.

Yenixeber.org: Bu barədə Ülviyyə Xəlil yazıb. 

Onun sözlərinə görə, Ağdamdan məcburi köçkün olan Məmmədovlar ailəsi uzun illərdir Bakının Fatmayı kəndindəki “Muğan” istirahət mərkəzində məskunlaşıb. 

“Ailə müvəqqəti normal şəraiti olmayan birotaqlı kiçik sığınacaqda yaşayır. Bu müddətdə Məmmədovlar ailəsinin Fidan adlı qız övladı dünyaya gəlib. Fidan ailənin üçüncü uşağıdır. 

Uşağın anası Könül Məmmədovanın hamiləlik dönəmində səhhətinə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 2 Saylı Doğum Evinin ginekoloqu Aygün Mahmudova nəzarət edirmiş. 

Ana səhhətində yaranan problemlə əlaqədar Aygün Mahmudovaya müraciət etdikdə, həkim Könül xanıma böyrəyində problem olduğunu deyir və bu məqsədlə ona müalicə yazır”, – deyə Ü.Xəlil qeyd edib.

Onun dediyinə görə, sonradan həkimin səhv diaqnoz qoyduğu məlum olur: “Bu isə ailəni ağır faciəsinə gətirib çıxarır: 

“Həkimin qeyri – peşəkarlığı ucbatından qoyulan səhv diaqnoz və aparılan yalnış müalicə Fidanın hamiləliyin altı ay on beş günündə doğulmasına gətirib çıxarır. 

Səhhəti qəfildən pisləşən Könül Məmmədova isə qanaxma ilə 2 saylı Doğum Evinə çatdırılır. Lakin həmin xəstəxana ananın vəziyyətinin ağır olduğunu müəyyən etdikdə, tez bir zamanda Respubilka Perinatal Mərkəzinə çatdırılması məsləhət görülür. 

Hamilə qadın Perinatal Mərkəzə çatdırılır və dərhal müayinə edilir. Orada K.Məmmədovaya səhv diaqnoz qoyulduğu, hamiləlik dönəmində müalicənin səhv aparıldığı, qəbul etdiyi dərmanların əks-təsiri nəticəsində, ananın ciftinin dağıldığı məlum olur. 

Qanaxmanın da elə bu səbəbdən baş verdiyi bildirilir. Həkimlər qeyd edilən səbəblərdən, vaxtından əvvəl əməliyyat yolu ilə götürülən uşağın fiziki cəhətdən qüsurlu doğulacağını anaya öncədən deyirlər”. 

Ü.Xəlil bildirir ki, problem bununla bitmir: ”Fidanın atası Ramin Məmmədov həyat yoldaşının sənədlərini geri almaq üçün 2 saylı Doğum Evinə qayıtdıqda qəribə mənzərə ilə üzləşir – Aygün həkim özünü sığortalamaq üçün bu məsələdə heç bir məsuliyyət daşımadığını deyir. 

O, Fidanın atasına bir sənəd təqdim edərək Könül Məmmədovanın guya üç aylıq hamiləlik dönəmində ərizə yazaraq bu xəstəxənada müalicə almadığını qeyd edib. Amma sonradan məlum olub ki, hamilə ana belə bir ərizə yazmayıb. Araşdırma zamanı o da məlum olub ki, Könül xanımın adından saxta ərizə yazıb imzalayan 2 saylı Doğum Evinin tibb bacısı olub. 

Bu dəfə də Məmmədovlar ailəsi humanizm nümayiş etdirərək hər şeyi görməzdən gəlib. Bu gün həmin 4 yaşlı Fidan həkim səhvi ucbatından eşitmə, görmə və danışıq qabiliyyətindən tamamilə məhrumdur. 

Hələ 7 aylığında olarkən Ramin Məmmədov qızını müalicə üçün Respublika Diaqnostika Mərkəzinə apardıqda Fidan növbəti dəfə həkim səriştəsizliyin qurbanına çevrilir”. 

Ü.Xəlil yazır ki, oftamoloq Tural Qəlbinur uşağı müayinə edib, onun gözündə “mirvari oxuyunun” olduğunu və buna görə də əməliyyat olunmalı, gözlərindəki mirvari suyu təmizlənməli olduğunu ailəyə deyib: 

“Daha sonra adı çəkilən həkim əməliyyat etmək məıqsədilə körpəyə yüksək dozalı iynə vurur. Əməliyyatdan sonra Qəlbinur, Məmmədovlar ailəsinə bildirib ki, uşaq görmə qabiliyyətini itirib. Nəticədə hələ gözləri açılmamış körpənin göz toxumaları zədələnir. 

O, “əməliyyat”dan sonra Fidanın gözlərində çəpləşmə yaranıb. Çarəsiz qalan ailə balaca Fidanın həyatını xilas etmək üçün onu Ukraynaya müalicəyə aparır. 

Göz “toxması”nın sonradan zədələndiyini ukraynalı həkimlər də təsdiq edir. Könül Məmmədova iddia edir ki, onlara qızlarının əməliyyat edildiyi deyilsə də, uşağın gözünə sarğı qoyulmayıb.

Sitat: “Həkim bizə dedi uşağı aparın evə. Onu da deyim ki, xəstəxanada uşağın gözləri şişmiş, qan bağlamışdı. Uşağın qan bağlamış gözləri həmin gündən də çəpləşməyə başladı. Amma əvvəl belə deyildi. İndi isə uşaq normal görə bilmir. Gözləri çox zəif, torlu görür”.  

Beləliklə 4 yaşlı Fidan növbəti həkim səhvinin qurbanına çevrilib. Bunu həkim səhvindən daha çox məsuliyyətsizlikdən doğan cinayət də adlandırmaq olar. 

Çünki söhbət tək bir insan həyatının məhv edilməsindən deyil, həm də bir ailənin taleyini qaraldılmasından gedir. Körpə yaşlı uşağın taleyi əbədi olaraq sual altına düşüb.

Fidan Məmmədovanın eşitmə qabiliyyətini təmin etmək üçün qulağına xüsusi aparat yerləşdirilməlidir. Həmin aparatın qoyulması üçün 50 000 manat tələb olunur. 

Lazım olan vəsait isə nə dövlət tərəfindən ödənilir, nə də ki, ailənin həmin qurğunu almağa maddi imkanı çatır. Dilinin lal olması, gözlərinin zəifliyi və ümumi çəpliyinin müalicəsi üçün ayrıca vəsait tələb olunur… 

Fidanın dövlət tərəfindən əməliyyat olunması üçün “Nərgiz” Fonduna müraciət etdik. Ailənin maddi durumunun çox ağır olduğu barədə məlumat verdik. 

Fonddan Fidan Məmmədovanı qeydiyyata götürdüklərini dedilər. Fonddan onu da əlavə etdilər ki, büdcədə maliyyə problemləri olduğu üçün yaxın gələcəkdə nə isə ediləcəyi gözlənilmir…

İnanıram ki, bu yazını oxuyan hər kəs Fidanın başına gətirilənlərə biganə qalmayacaq. Məmmədovlar ailəsi çox kiçik, dar evdə məskunlaşıb. 

Ailənin başçısı fəhlə işləyir, maddi durumlaırı da olduqca ağırdır. Ailə ac qalmamaq üçün “suya un töküb” xörək hazırlayır. Kimsə versə yeyəcək, verməsə baxacaq. 

Əslində belə xəstələrə dövlət sahib çıxmalıdır, amma nə yazıq ki, dövlət belə  aztəminatlı ailələrin durumunu nəzərə almır. 

Artıq bu məsələ ilə bağlı biz bəzi dostlarla da danışmışıq ki, ümid ancaq ianə toplamağa qalıb. Düzünə qalsa, 50 000 manat az pul deyil, indiki dövr üçün çox böyük məbləğdir. 

Amma nə etmək olar ki, məcburuq, dövlətin öhdəliyinə düşüb edə biləcəyini, lakin etmədiyini biz bir cəmiyyət olaraq gücümüzü ortaya qoysaq, hərə gücü çatandan 1, 3, 5 manatdan ianə toplasaq inanın ki, bu əməliyyatı qısa zamanda həyata keçirərik.

Gəlin, biz bir cəmiyyət olaraq birlik ovqatı yaradaq və balaca Fidana dəstək olaq. Düşünürəm ki, belə olan halda günahsız qızcığazın həyatını xislas emiş və Uca Allahın yanında savab iş görmüş olarıq. 

Unutmayaq ki, “Əl tutmaq Əli (ə)-dən qalıb” – deyib böyüklərimiz. Yüzlərlə insan 1-2 manat ödəsə, Fidanı bu problemdən xilas etmək mümkün olar. Bunun üçün sadəcə gücümüzü və birliyimizi sübut etməliyik. İnanıram ki, qısa müddətdə buna nail olacağıq. 

Mən hər zaman demişəm, indiyə qədər imkansız ailələrə etdiyimiz maddi dəstək və həyata keçirdiyimiz əməliyyatlar siz xeyirxah insanların vicdanı, dəstəyi nəticəsində mümkün olub. 

Sizlərin iradənizə söykənərək hər kəsdən Fidana öz övladı kimi yanaşmasını xahiş edirəm. Çünki bizim də övladımız var və biz sabah başımıza nə gələcəyindən xəbərsizik.(AzEuroNews.com) 

Uşağın hesabına (atasının adına) açılmış hesab kodu:

Məmmədov Ramin.

Terminaldan ödəmək üçün: 80194401169553101

Bank və ya kart köçürmələrindən:

AZ16BRES00380194401169553101


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam