Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Eldar Əzizovdan yolu zəbt edən restoranla bağlı tapşırıq- FOTOLAR

 

Sakinlər sözügedən məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə şikayət ediblər.

Yenixeber.org: Bakının ən hərəkətli küçələrindən biri olan Nizami küçəsində fəaliyyət göstərən restoranın vətəndaşların gediş-gəliş yolunu zəbt etməsi ilə bağlı icra hakimiyyəti araşdırma aparıb.

Paytaxtın Nigar Rəfibəyli b/37 ünvanında fəaliyyət göstərən “PASSAGE 145” restoranı vətəndaşların hərəkəti üçün nəzərdə tutulan yolun sağ və sol tərəfinə masalar yerləşdirərək ərazini tamamilə zəbt ediblər.

Ərazidən istifadə edən və həmin küçədə yaşayan sakinlər sözügedən məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə şikayət ediblər.

Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinləri narahat edən məsələ ilə bağlı tapşırıq verib, səkinin zəbt olunduğu yerdə restoranın qanunsuz fəaliyyət göstərən hissəsinin bağlanması ilə bağlı qərar verib. Ərazidə olan restorana məxsus stol və stullar yığışdırılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov bu məlumatı təsdiq edib.(unikal.org)

AzNews.az

image description

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam