Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

XİLAFİ SƏHİYYƏNİN LETAL FƏSADI –Ailənin 12 il gözlədiyi korpə doğuşdan 2 saat sonra ölüb!

1492858428_masalli-

Hadisə Masallı rayonunun Yeni Zuvand kəndində baş verib. Kənd sakini Seymur Cabbarov həyat yoldaşı Nəzakət Cabbarovanı hamiləliyinin 40-cı həftəsndə Masallı rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə aparıb və qadının vəziyyəti ağır olduğu üçün, uşağı qeysəriyyə kəsiyi yolu ilə çıxartmağı həkimlərdən tələb edib. Həkim-ginekoloq Təhminə Bəndəliyeva və mamaça Xalidə Sadıqova israr ediblər ki, ananın vəziyyəti normaldır və qeysəriyyə əməliyyatına ehtiyac yoxdur.

Yenixeber.org: Yanvarın 30-da saat 09:35 dəqiqədə ana təbii yolla bir oğlan uşağı dünyaya gətirib. Rayondan redaksiyaya verilən xəbərdə o da xüsusi olaraq vurğulanır ki, Cabbarovlar ailəsi bu uşağı 12 gözləməli olub…

Fəqət, tibb personalının məsuliyyətsiz və səriştəsiz davranışı nəticəsində 2 saatdan sonra uşaq ölüb! Rayondan bildirirlər ki, uşağın ölümündən sonra həkim-ginekoloq və mamaça sadəcə qaçıb gizləniblər, Masallı rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Cəmil Nəzərov isə telefon zənglərinə israrla cavab vermir.

Xəbərdə o da bildirilir ki, həkimlərdən ağılabatan bir cavab ala bilmədiyinə görə, tələf olan uşağın babası 102 qaynar xəttinə zəng vurub, ailənin başına gələnləri danışıb, kömək istəyib.

Aldığımız son məlumata görə, Masallı Rayon Prokurorluğu iş üzrə araşdırmaya başlayıb və nəticəsi barədə ailəyə rəsmi məlumat veriləcəyini vəd edib.

İndi isə diqqət yetirin: əslində, Masallıda bir uşaq yox, bir əsgər ölüb! Xilafi-səhiyyənin Masallı «koska»sı isə bunu heç eyninə də almır! Hesab edirik ki, bunun səbəblərini nazir Oqtay Şirəliyevdən mütləq soruşmaq lazımdır…

Hadisənin ictimai-təhlükəliliyini nəzərə alaraq, sonrakı prosesləri nəzarətdə saxlayacağıq.(azpolitika)

Mirzə AĞ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam