Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rüşvət verməyən xəstəni evə getməyə qoymurlar

 

Ucar rayon Mərkəzi Xəstəxanasının həkimləri dünyaya uşaq gətirmiş anadan əməliyyat üçün rüşvət tələb edib.

 

"Xeberinfo.com":  Bu barədə Axar.az-a qeysəriyyə əməlliyyatı ilə ana olan Gülnar Məmmədovanın qohumları məlumat veriblər. Onların sözlərinə görə, yenicə uşaq dünyaya gətirən ananı bir neçə gündür ki, xəstəxanadan evə aparmaq istəsələr də, əməliyyatın pulu ödənilmədiyi üçün həkimlər buna imkan verməyib.

 

Şikayətçilər qeyd edir ki, onlardan pulu əməliyyatı həyata keçirən Cavanşir həkim tələb edib. Ailə imkansızlığını və pul ödəməyə gücü çatmadığını, üstəlik dövlət xəstəxanasında bu əməliyyatın pulsuz həyata keçirildiyini bildirsə də, cərrah inadından dönməyib:

 

“Xəsətxananın həkimləri özləri bizə bildirib ki, əməliyyat pulsuzdur. Heç bir ödəniş etmək lazım deyil. Ancaq Cavanşir həkim əl çəkmir. Dövlət xəstəxanalarında bütün müalicə və müayinələrin pulsuz olduğunu bilirik. Bunu cərraha da dəfələrlə xatırlatmağımıza baxmayaraq, heç bir əhəmiyyət vermir. Həkim deyir, 400 manat pul ödəməlisiniz, vəssalam. Əməliyyat olmuş qadını da, uşağı da xəstəxanadan çıxarmağa imkan vermirlər. Deyirlər pulu ödəyin, sonra aparın”.

 

Yeni ana olmuş Gülnar Məmmədovanın qohumları deyir ki, qadının həyat yoldaşı Orxan Məmmədov cərrahdan xəstəni evə buraxmağı xahiş edib. Razılığa gəliblər ki, sabahdan gec olmayaraq 400 manat pul həkimə çatdırılacaq:

 

“Cərrah əl çəkmir ki, pulu mütləq ödəməlisiniz. Ananı və uşağı evə aparmışıq, ancaq sabah da 400 manat pul ödəməliyik”.

 

Məsələ ilə əlaqədar Ucar rayon Mərkəzi Xəstəxanası ilə də əlaqə saxladıq. Xəstəxananın baş həkiminin müalicə işi üzrə müavini Ata Hacıyev Axar.az-a açıqlamasında xəstəxanada belə bir halın baş verməsini ənənəvi olaraq təkziblədi:

 

“Dövlət xəstəxanalarında bütün əməliyyatlar pulsuzdur. Heç bir ödəniş edilmir. Mən Cavanşir həkimin özü ilə də danışdım. O da bildirdi ki, xəstədən və qohumlarından heç bir pul tələb edilməyib. Heç bir ödəniş edilməsi mümkün deyil”.

 

Qeyd edək ki, bu ilin aprel ayında sözügedən xəstəxanada xəstədən pul tələb edən Cavanşir adlı cərrahın əməliyyat etdiyi 19 yaşlı qadın uşaq dünyaya gətirdikdən sonra ölmüşdü. Cavanşir həkim qadının təbii doğuşla azad ola bilməyəcəyini deyərək, qeysəriyyə əməliyyatını məsləhət bilmişdi.

 

Ölüm faktı ilə əlaqədar xəstəxanadan bildirmişdilər ki, ananın vəziyyəti qeysəriyyə əməliyyatından sonra yaxşı olub. Lakin əməliyyatdan sonra o ayağa durmaq istəyən zaman ayağı büdrəyərək yıxılaraq başını sərt formada əzib, komaya düşüb və komadan ayılmayıb.

 

Xatırladaq ki, həkimlərin təkzibinə baxmayaraq, dövlət xəstəxanalarında əməliyyatlar və müalicələr üçün xəstələrdən konkret məbləğ alındığını hamı çox gözəl bilir. Xəstəxana rəhbərləri isə üzə çıxan faktla əlaqədar tədbir görmək əvəzinə birmənalı olaraq rüşvətxor həkimlərini müdafiə etməklə məşğul olurlar. Bu müdafiənin Azərbaycanda səhiyyəni hansı kökə saldığını isə deməyə ehtiyac yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam